Accessibility links

Prezident Obama Konqresi vergi endirimlərini uzatmağa çağırdı


Prezident Obama Konqresi vergi endirimlərini uzatmağa çağırdı
Prezident Obama Konqresi vergi endirimlərini uzatmağa çağırdı

ABŞ prezidenti Barak Obama Konqresi bu ayın axırında orta sinif zəhmətkeşlərinin vergilərinin qalxmasının qarşısını almaq üçün vergi endirimi planını uzatmağa səsləyib.

Özünün həftəlik müraciətində cənab Obama vətəndaşlara müraciət edərək onları 160 milyon amerikalının vergi endirimlərini dəstəkləmək üçün konqresmenlərlə əlaqə saxlamağa çağırıb.

Prezident deyir ki, ilə $50,000 qazanan ailə vergi endirimlərində min dollara qənaət edə bilər. Prezident Obama bildirib ki, vergi artımalarına icazə vermək iqtisadi drirçəlişə zərbə endirmiş olardı.

Respublikaçıların həftəlik müraciətində Virciniya qubernatoru Bob McDonnell deyib ki, prezidentin bazar ertəsi Konqresə təqdim edəcəyi qanun layihəsi ehtimalla vergi artımları nəzərdə tutacaq. McDonnell Respublikaçı qubernatorların vergiləri endirdiklərini və biznes üçün əlverişli iqlim yaratdıqlarını önə çəkib.

XS
SM
MD
LG