Accessibility links

Prezident Obama ölkəsindəki iqtisadi böhrana görə Pekini günahlandırıb


Prezident Obama ölkəsindəki iqtisadi böhrana görə Pekini günahlandırıb
Prezident Obama ölkəsindəki iqtisadi böhrana görə Pekini günahlandırıb

Çinin dövlət mediası Pekinin valyuta siyasətinin ABŞ-da baş qaldıran iqtisadi böhrana səbəb olduğunu deyərək, Çini günahladırdığına görə prezident Obamanı tənqid edib. Ölkənin rəsmi Şinhua xəbər agentliyinin bu gün açıqladığı məlumatda deyilir ki, Barak Obama bu məsələni prezident seçkilərində daha çox səs toplamaq üçün qaldırıb. Agentlik bildirir ki, yuanın məzənnəsini kəskin qaldırması Çin şirkətlərinin müflisləşməsinə səbəb ola bilər.

Havay adasındakı Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində çıxışı zamanı cənab Obama Çinin yuanı bazar məzənnəsinə qaldırmaq üçün kifayət qədər iş görmədiyini deyib. Cənab Obama deyib ki, Pekin ticarətdə balans saxlamaq üçün daha məsuliyyətli davranmalıdır.

XS
SM
MD
LG