Accessibility links

Prezident seçilmiş Baydenin xarici siyasət komandası - Veteran diplomat Skott Roland şərh edir


Baydenin xarici siyasət komandası - Veteran diplomat Skott Roland şərh edir
please wait

No media source currently available

0:00 0:07:48 0:00

Xarici siyasət məsələləri üzrə ekspert, ABŞ-ın Helsinki Komissiyası və Dövlət Departamentinin keçmiş yüksək səviyyəli diplomatı, Birləşmiş Ştatların Belarusda səfir səlahiyyətlərini icra etmiş Skott Roland prezident seçilmiş Co Baydenin yeni administrasiyasının keçmiş Sovet İttifaqı ölkələri ilə siyasətində gözlənilən prioritetləri şərh edib.

Amerikanın Səsi: Səfir Rauland, prezident seçilmiş Co Bayden xarici siyasət və milli təhlükəsizlik komandasının əsas üzvlərini təqdim etdi. ABŞ-ın yeni administrasiyasının xarici siyasət kursu, xüsusilə də keçmiş Sovet İttifaqı ölkələri ilə münasibətlərdə əsas istiqamətləri nədən ibarət olacaq?

Skott Roland: Vitse-prezident Bayden əlbəttə ki, özü ilə böyük təcrübə gətirir. O bütün karyerası boyu milli təhlükəsizlik siyasəti və xarici siyasətlə maraqlanıb. O, vitse-prezident olduğu zaman onunla birlikdə ən yüksək səviyyəli işləyən olduqca bacarıqlı insanlar var idi. Məsələn, prezident Obamanın hakimiyyətinin ikinci dönəmində dövlət katibinin müavini olmuş Entoni Blinken kimi, ya da daha bir misal olaraq, bir zamanlar dövlət katibinin müavininin Rusiya, Ukrayna və Avropanı əhatə edən müdafiə məsələləri üzrə yardımçısı olmuş MaykL Karpenteri göstərmək olar. Əlbəttə, belə səviyyədə təcrübələri olan insanların yenidən qayıdıb işləməsi olduqca mühümdür. Bu iki şəxs Bayden admnistrasiyasında onunla işləmək və Rusiya, Ukrayna və Mərkəzi Asiya kimi məsələlərdə ona məsləhət vermək üçün işləməyə gələcək yüksək səviyyəli ekspertlərin olduğunun göstəricisidir.

Amerikanın Səsi: Mən sizin Bakıda səfirlikdə işlədiyiniz dövrü xatırlayıram. Sizin Azərbaycanda fəaliyyətiniz “Əsrin Müqaviləsi”nin imzalanması kimi ölkədə ən mühüm hadisələrdən birinin baş verdiyi bir vaxta təsadüf edirdi. ABŞ və Azərbaycan arasında enerji və təhlükəsizlik məsələlərində kimi bir sıra sahələrdə yaxşı tərəfdaşlıq münasibətləri mövcuddur. ABŞ və Azərbaycan arasında enerji və təhlükəsizlik kimi bir sıra sahələrdə yaxşı tərəfdaşlıq münasibətləri mövcuddur. ABŞ-ın Azərbaycanla münasibətlərdə prioritetlərini necə qiymətləndirirsiniz?

Skott Roland: Fikrimcə, daha bir ironiya ondan ibarətdir ki, vitse-prezident Baydenin ofisi tərəfindən xarici siyasətlə əlaqədar son aylar baş verən bəzi ciddi məsələlərlə bağlı Ağ Evdən və ya Dövlət Departamentindən daha çox fəaliyyət görürük. Məsələn, təəssüf ki, bunlardan biri, Azərbaycanda 27 il əvvəl sizinlə tanış olduğum zaman baş verən hadisələrdən biri Dağlıq Qarabağ münaqişəsi idi. Vitse-prezident Bayden bəyanat açıqlayıb. O, məsələyə diqqət yetirir. Onun bunu etdiyini görmək məni sevindirir. Ümumililkdə prezidentliyə adi namizədlər üçün Dağlıq Qarabağ problemi onların diqqət ayırdığı problemlər arasında yer almazdı. Yenə də hesab edirəm ki, bu, vitse-prezident Baydenin bu məsələlərə necə ciddi yanaşdığına dair çox yaxşı bir nümunədir. Və onun Avropanın liderləri ilə çox yaxşı əlaqələri var.

Mən yenə də düşünürəm ki, bu, qismən yaxşı komandanın təşkil edilməsi ilə bağlıdır və mən hesab edirəm ki, bu, hər şeyin necə dəyişəcəyini görəcəyiniz daha bir sahədir. Mənim Dövlət Departamentində olduğum son illər ərzində Departamentə həqiqətən ən çox zərər vuran şeylərdən biri də yüksək vəzifələrə təyinatların edilməməsi idi. Məsələn, Avropa Bürosunda dövlət katibinin müavinin yardımçısı vəzifəsinə artıq bir neçə ildir təyinat olmayıb. Bu vəzifədə olan insanlar təbii çox səriştəli insanlardır. Lakin bu, Avropa və Avrasiya bürosunda dövlət katibinin yardımçısı vəzifəsində tam yoxlanılıb təsdiqlənmiş şəxsin olması ilə eyni deyil. Ya da Cənubi və Mərkəzi Asiya üzrə büronu götürək. Düşünürəm ki, Bayden administrasiyasından etməsini istədiyim şeylərdən biri də bu vəzifələrə kadrların gətirilməsidir ki, Dövlət katibinin köməkçiləri kimi tam təsdiqlənmiş ən yaxşı komanda olsun. Avropa və Mərkəzi Asiya, Cənubi Asiya və keçmiş Sovet İttifaqı məkanı danışdığımız bu regionlar üzrə vəzifələrdə artıq neçə illərdir təsdiqlənmiş yüksək səviyyəli diplomatlar yoxdur.

Amerikanın Səsi: Siz ABŞ-ın Belarusdakı səfiri kimi bir müddət Minskdə işləmisiniz. Minlərlə insan avqustun 9-da rəqibləri tərəfindən saxtalaşdırıldığı deyilən seçkilərdə qələbədən sonra prezident Lukaşenkoya qarşı nümayişlərdə iştirak edir. Vaşinqton Minsk və ölkənin digər yerlərində nümayişlər zamanı qəddarcasına basqılardan sonra Belarus rəsmilərinə qarşı sanksiyalar tətbiq edib. Siz Belarusda vəziyyəti necə qiymətləndirirsiniz? ABŞ Belarusda vəziyyətin sabitləşdirilməsi üçün daha hansı addımları ata bilər?

Skott Roland: Mən məmnunam və əslində görülən tədbirlər ilk növbədə Konqres tərəfindən edilib. Konqresmen Kris Smit uzun müddətdir ki, Belarusa maraq göstərir. O, Belarus Demokratiya Aktının müəllifidir. O bu sanksiyaların bir hissəsini bərpa etməyə çalışaraq, yenidən müdaxilə etmək istəyir. Və mənim çalışdığım Helsinki Komissiyası da bu işlə yaxından məşğul olub, bu işdə çox pozitiv, konstruktiv rolu olub. Konqres Belarusda insan hüquqları pozuntuları halları nəzarətdən çıxmağa başladığı vaxt çox faydalı bir rol oynadı. Dövlət Departamenti bu məsələ ilə çox məşğul olmadı. Mən yenə də düşünürəm ki, bu müəyyən mənada liderliyin olmaması məsələsinə qayıdır. Dövlət katibi Pompeo bu ilin əvvəlində Belarusa səfər etmişdi. Onun böhranın pozitiv həlli yolunu tapmaq üçün orada keçirdiyi görüşlərdə öz nüfuzundan istifadə edəcəyinə ümid etmək olardı. Lakin biz bunu müşahidə etmədik, belə görünür, bu, hazırkı administrasiya üçün prioritet deyildi. Vitse prezident Bayden bu məsələ ilə bağlı da bəyanatla çıxış edərək, müxalifətin səylərini dəstəklədiyini bildirdi. O özü də Lukaşenko rejimi əleyhinə sanksiyalara çağırıb. Amma problemin həllinə gəldikdə, ABŞ-ın sanksiya səyləri, Belarus Demokratiya Aktı 2006, 2008-cı illərə gedir çıxır. Onlar ən yaxşısı deyə bilərik ki, orta dərəcədə təsirli olub. Buna diqqət verildi. Lakin bundan daha effektiv diplomatiyanın, danışıqlara başlamaq və bu problemləri həll etməyə çalışmaq üçün Belarus hökumətindəki rəsmilərlə işləmək məqsədilə yerlərdə insanların olmasıdır. Və bundan da vacib avropalılarla və rusiyalılarla işləməkdir, onların Belarusda təsir imkanları var. Onlar da həll prosesinin bir hissəsi olmalıdır.

Amerikanın Səsi: ABŞ-ın qlobal lider kimi rolu barədə nə düşünürsünüz? Bəzi müşahidəçilər Birləşmiş Ştatların dünya lideri rolunu tədricən itirə biləcə fikrini irəli sürür. ABŞ xüsusilə də pandemiyadan sonrakı dövrdə demokratiya çempionu rolunu qoruya biləcəkmi?

Skott Roland: Mənə elə gəlir ki, bu, Bayden administrasiyası üçün priorotet olan məsələlərdən biri olacaq. Pandemiyadan başqa məsələyə keçmək istəyirəm. Birləşmiş Ştatlar bundan öncə rəsmi olaraq nəhayət Paris İqlim Sazişindən çıxdı. Onlar bununla bağlı bildiriş vermişdi və bu, bir müddət sürdü və nəhayət sazişdən çıxan gün gəldi. Həmin gün Co Bayden tvit yazaraq bildirdi ki, “biz bu gün çıxdıq, amma əgər mən seçilsəm, 77 gündən sonra biz yenidən Paris İqlim Sazişinə daxil olacağıq”. Və bu, Co Baydenin təşviq etmək istədiyi beynəlxalq əməkdaşlıq nümunəsidir. Əlbəttə ki, bu, Baydenin özünün də işlədiyi Obama administrasiyasının nailiyyəti idi. Co Bayden təhlükəsizlik sahəsində vacib məsələlər üzərində işləmək məqsədilə Avropa liderləri ilə görüşmək üçün hər il Münhen təhlükəsizlik sammitinə gedirdi. O, müttəfiqlərlə münasibətlərə böyük önəm verir. Bu, Avropada çox müsbət qarşılanır. Fikrimcə, Avropa liderləri bu ciddi milli təhlükəsizlik məsələlərində ABŞ-ın liderliyini alqışlayır. Əgər siz müttəfiqlərə hörmətlə yanaşmırsınızsa, ya da onlara diqqət yetirmirsinizsə, müəyyən müddətdən sonra insanlar belə bir nəticəyə gələcək ki, ABŞ etibarlı tərəfdaş deyil. Bayden “biz qayıtmışıq və biz Avropa və bizim bütün beynəlxalq tərəfdaşlarımız üçün hörmətli tərəfdaş olacağıq” mesajını göndərmək üçün işləyəcək. Və belə liderlik alqışlanır. Mən hesab edirəm ki, bu, düzgün tonu təyin edəcək və ABŞ beynəlxalq münasibətlərdə çox müsbət rol oynaya biləcək.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG