Accessibility links

Tramp: Əhalinin siyahıyaalınma anketlərinə vətəndaşlıq sualının salınmasına prezident sərəncamı verə bilər


ABŞ prezidenti deyib ki, 2020-ci il əhalinin siyahıyaalınma anketlərinə vətəndaşlıq sualının salınmasına prezident sərəncamı verə bilər.

"Biz prezident sərəncamı da daxil edilməklə, bir sıra variantlar üzərində çalışırıq” - deyə, Donald Tramp müxbirlərə bildirib.

O, hazırkı anketlərdə olmasa da, gələcəkdə bu sualın anketlərə əlavə edilməsinin vacibliyini vurğulayıb.

Hər 10 ildə bir əhalinin siyahı alınmasının yubadılması federal qanunun pozulmasıdır.

Siyahıyaalma hər ştata Senatda neçə yer ayrılması və federal büdcədən ştatlara vəsait ayrılması üçün mühümdür.

Əhalini siyahıyaalmasından ABŞ Nümayəndələr Palatasındakı yerlərin sayını müəyyən etmək üçün də istifadə olunur.

Ali Məhkəmə administrasiyanın vətəndaşlıq tələbi ilə bağlı təklifini 5-4 səs fərqi ilə qəbul etməyib.

Donald Tramp daha əvvəl yazdığı tvitində bildirib ki, hökümətin 2020-ci il üçün ətraflı və vacib siyahıyalmada vətəndaşlıq sualını soruşa bilməməsi gülünc görünür.

Vətəndaşlıq sualının əleyhdarları deyir ki, administrasiyanın planı immiqrantları siyahıyaalmada iştirak etməkdən yayındırmaqdır. Bu isə icmaları siyasi baxımdan müvafiq şəkildə təmsil olunmaqdan və təhsil, infrasktruktur və ictimai xidmətlər üçün ayrılan federal yardımdan məhrum edə bilər.

Tənqidçilər deyir ki, vətəndaşlıq sualı azlıqlar və mühacirləri qorxudur.

Ticarət naziri Uilbur Ross Ali Məhkəmənin qərarı ilə razılaşmadığını desə də, silahıyaalma prosesinin başlanmasına hörmətlə yanaşdığını deyib. Anketlərin çap prosesinə bu gündən start verilməlidir.

"Ali Məhkəmənin insanlardan ABŞ vətəndaşısınızmı sualını salmaması qərarı olduqca məyusedicidir" , Tramp Twitter-də yazıb.

Vətəndaşlıq sualı anketlərə salınmasa belə Əhhalinin Siyahıyaalınması Bürosu vətəndaşları müəyyən edə bilər. Tramp administrasiyası isə ştatları seçki dairələrinin qrafikləri ilə təmin edə bilər.

XS
SM
MD
LG