Accessibility links

Prezident Trampın reytinqləri rekord həddə yüksəldi


Prezident Donald Trampın ictimai bəyənilmə reytinqi rekord həddə yüksəlib. Bu barədə Gallup amerikan rəy sorğusu şirkəti məlumat yayıb.

Senatda impiçment dinləmələri sona yetdikcə keçirilən rəy sorğularında Trampın prezident kimi fəaliyyətini amerikanların 49%-nin bəyəndiyi məlum olub. Bu, Tramp üçün indyədək rəy sorğularında əldə olunan ən yüksək göstərici sayılır.

2016-cı ildə president seçiləndən bəri Trampın reytinqləri aşağı 40-larda qərar tutub.

Son üç ayda Trampın reytinqi 43%-ə qalxmışdı.

Amerikan seçicilər arasında keçirilən rəy sorğusunda respondentlərin yarısı onun 2020 noyabr seçkilərində yenidən seçilməyə layiq olduğunu bildirib.

Trampın reytinqləri partiyadaşları Respublikaçıların və bitərəflərin dəstəyinə əsaslanır.

Belə ki, Respublikaçılar arasında ona verilən dəstək 94% təşkil edir. Bitərəflər arasında isə dəstək 39%-dən 42%-ə yüksəlib.

Trampın Demokratlar arasında reytinqi 3% düşərək 7% olub.

Gallup rəy sorğusunu 16-29 yanvar tarixləri arasında – Senatda impiçment dinləmələri zamanı keçirib.

XS
SM
MD
LG