Accessibility links

Davos Forumunda Prezident Tramp fələstinlilərə yardımı kəsməklə hədələdi


ABŞ Prezidenti Donald Tramp İsrail və fələstinlilər arasında sülh danışıqlarının bərpa olunub-olunmyacağını sual edib.

O, bu fikri İsrail baş naziri Benyamin Netanyahu ilə görüşdə açıqlayıb. İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu əsnasında görüş keçirən Prezident Tramp fələstinliləri ABŞ vitse-prezidenti Mayk Penslə regiona səfər zamanı görüşmədiklərinə görə hörmətsizlikdə ittiham edib.

O pul masa üzərindədir və onlar sülh danışıqlarına başlamayınca o pul onlara getməyəcək.

Tramp Fələstin ərazilərinə hazırda verilən maliyyə yardımını kəsməklə hədələyib.

“O pul masa üzərindədir və onlar sülh danışıqlarına başlamayınca, o pul onlara getməyəcək. Çünki sizə deyə bilərəm ki, İsrail sülh etmək istəyir, və vacibdir ki, qarşı tərəf də bunu istəsin, yoxsa biz bu məsələdən əlimizi tam çəkəcəyik,” Prezident Tramp müxbirlərə bildirib.

Bundan öncə Tramp Britaniya baş naziri Tereza Meylə fikir ayrılıqları barəsində deyilənləri “saxta şaiyə” adlandıraraq rədd edib və Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra bu ölkə ilə ticarəti gücləndirəcəyinə söz verib.

Donald Tramp seçki kampaniyasını "Amerika Birinci" mesajı üzərində qurmuşdu və administrasiyasının siyasətinin də bu prinsipə əsaslandığını bildirir.
Donald Tramp seçki kampaniyasını "Amerika Birinci" mesajı üzərində qurmuşdu və administrasiyasının siyasətinin də bu prinsipə əsaslandığını bildirir.

Trampın “Amerika Birinci” diplomatiyasının Davos kimi forumların tərənnüm etdiyi qlobal sistemə zərbə vuracağına dair bəzi liderlər təlaş keçirir.

Danimarka baş naziri Lars Lokke bir çox avroplalıarın pozitiv mesaja ümid bəslədiklərini qeyd edib.

“Mən ümid edirəm ki, o, “Amerika Birinci” mesajı ilə yanaşı “Əlbəttə ki, tək yox” mesajı da göndərəcək,” deyə baş nazir ABŞ-ın başqa ölkələrlə əməkdaşlığını davam etdirəcəyinə ümidini ifadə edib. “Dünya çox sayda problemlərlə üzləşir ki, bunlar yalnız sıx beynəlxalq əməkdaşlıq sayəsində həll oluna bilər.”

Hərçənd ki, beynəlxalq miqyasda var-dövlət artır və dövlətlərin varidatı çoxalır, paylaşmada olan qeyri-bərabəlirlik irimiqyaslı siyasi effektlər verməkdədir.
İndercit Parmar, professor

Beynəxalq Valyuta Fondunun ekspertlərinin 2018-ci ildə iqtisadi artım proqnozlaşdırdıqları bir vaxt Davosda nikbin əhval-ruhiyyə hökm sürür. Lakin bağlı qapılar arasında qarşıda təhlükələrin olduğu haqda narahatlıqlar ifadə olunur.

“Hərçənd ki, beynəlxalq miqyasda var-dövlət artır və dövlətlərin varidatı çoxalır, paylaşmada olan qeyri-bərabərlik irimiqyaslı siyasi effektlər verməkdədir,” deyə London Şəhər Universitetinin beynəlxalq siyasət üzrə professoru İndercit Parmar xəbərdarlıq edir.

Prezident Donald Trampın cümə günü çıxış edəcəyi gözlənilir.

“Prezident Tramp iki auditoriyaya danışacaq – biri qarşısında olanlar, ikincisi isə öz seçici bazası. Məndə belə bir hissiyat var ki, o, vətəndəki adamlara göstərməyə çalışacaq ki, qlobalizasiyanın yuvasına gedərək orada Amerika və Amerika xalqını təmsil edib,” təhlilçi Parmar bildirir.

XS
SM
MD
LG