Accessibility links

Prezident Tramp Konqres qarşısında illik hesabat məruzəsini etdi


ABŞ prezidenti Donald Trampın Konqresin birgə iclasında ölkədə vəziyyətlə bağlı illik hesabat məruzəsi
ABŞ prezidenti Donald Trampın Konqresin birgə iclasında ölkədə vəziyyətlə bağlı illik hesabat məruzəsi

ABŞ prezidenti Donald Tramp ölkənin durumu ilə bağlı Konqresin birgə iclası önündə illik hesabat məruzəsi ilə çıxış etdi. Bir saat yarım davam edən nitq zamanı prezident ölkə iqtisadiyyatı, qeyri-qanuni immiqrasiya, təhlükəsizlik, ticarət razılıqları və digər mövzulara toxundu.

Prezident Tramp Amerikanın 20-ci əsrdə əldə etdiyi nailiyyətləri vurğulayaraq söylədi ki, “Amerika azadlığı xilas edib, elm sahəsində kökündən dəyişikliklər edib və orta sinfin yaşayış standartını dəyişib”. O dedi ki, indi artıq ABŞ 21-ci əsr üçün yeni yaşayış standartı müəyyən etməlidir. “Bütün vətəndaşlarımız üçün gözəl həyat keyfiyyəti əldə etmək bizim üçün əlçatandır”, o əlavə etti.

ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə salamlaşır
ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə salamlaşır

Donald Tramp son iki ildə administrasiyasının hər iki partiyanın etinasız yanaşdığı məsələlərə sinə gəldiyini söylədi.

O, həmçinin administrasiyasının əldə etdiyi iqtisadi nailiyyətləri vurğuladı və Birləşmiş Ştatlarda iqtisadi möcüzənin baş verdiyini söylədi. O dedi ki, “bunun qarşısını yalnız mənasız müharibələr, siyasət və ya gülünc, qərəzli istintaqlar ala bilər.”

Prezident son zamanlar ən çox müzakirə olunan qeyri-qanuni immiqrasiya məsələsinə də toxundu. O, Konqresin büdcə layihəsini təsdiq etmək üçün önündə 10 günün olduğunu da söylədi.

ABŞ prezidenti Donald Trampın Konqresin birgə iclasında ölkədə vəziyyətlə bağlı illik hesabat məruzəsi ilə çıxış edir
ABŞ prezidenti Donald Trampın Konqresin birgə iclasında ölkədə vəziyyətlə bağlı illik hesabat məruzəsi ilə çıxış edir

“İndi Konqresin Amerikaya qanunsuz mühacirətə son qoymağa, amansız koyotlar, kartellər, narkotik və insan alverçilərinin işini bitirməyə sadiq olduğunu göstərmək vaxtıdır”, Donald Tramp dedi.

Prezident Tramp ölkəyə cənub sərhədindən cinayətkarların daxil olduğunu söylədi və çıxışa dəvət olunan MS-13 kimi qanqster qrupları tərəfindən öldürülən insanların ailə üzvlərinin adlarını vurğulayaraq, onlar üçün mübarizə aparmağa davam edəcəyini bildirdi.

“Ölkəmizin sərhədlərinin təhlükəsizliyi təmin olunmadığına görə amerikalıların həyatını itirməsi kimi bir hala son qoyulacaq”, o dedi.

Donald Tramp iqtisadi nailiyyət əldə etmək üçün əsas prioritetlərdən birinin onillərdir davam edən “fəlakətli ticarət siyasətinə son qoymaq” olduğunu vurğuladı. O, Çinlə yeni ticarət razılığı ilə bağlı danışıqlar aparıldığını söylədi. Lakin onun sözlərinə görə, “bu razılığa ədalətsiz ticarət əməllərinə son qoyacaq, xroniki ticarət defisitini azaldacaq və Amerikada iş yerlərini qoruyacaq real struktur dəyişikliyi daxil olmalıdır”.

ABŞ prezidenti Donald Trampın Konqresin birgə iclasında ölkədə vəziyyətlə bağlı illik hesabat məruzəsi
ABŞ prezidenti Donald Trampın Konqresin birgə iclasında ölkədə vəziyyətlə bağlı illik hesabat məruzəsi

Prezident gündəmindəki bir digər mühüm məsələnin Amerikanın milli təhlükəsizliyini qorumaq olduğunu söylədi. O, administrasiyasının heç vaxt Amerikanın maraqlarını təbliğ etdiyinə görə, üzr istəməyəcəyini dedi.

“Məsələn, Birləşmiş Ştatlar onillər öncə Rusiya ilə saziş imzaladı və bu razılığa əsasən nüvə imkanlarını məhdudlaşdırıb, azaldacağına razılaşdı. Biz bu razılığa əməl etsək də, Rusiya dəfələrlə razılığın şərtlərini pozdu. Bu səbəbdən də mən Birləşmiş Ştatların rəsmi olaraq Orta Mənzilli Nüvə Qüvvələri Sazişindən çıxdığını elan etdim”, Tramp dedi.

Donald Tramp həmçinin Birləşmiş Ştatların iki həftə öncə Venesuelada legitim höküməti və yeni müvəqqəti lider olaraq Xuan Quaydonu tanıdığını qeyd etdi.

“Biz azadlıq uğrunda ləyaqətli mübarizələrində Venesuela xalqının yanındayıq və Maduro rejiminin amansızlığını qınayırıq. Onun sosialist siyasəti ölkəni Cənubi Amerikanın ən zəngin ölkəsindən ən yoxsul və ümidsiz ökəsinə çevirib”.

ABŞ prezidenti Donald Trampın məruzəsindən bəzi sitatları təqdim edirik:

“Son iki ildə mənim administrasiyam təcililik hissi və tarixi sürətlə hər iki partiyanın liderlərinin bir neçə onillik ərzində sahib çıxmadığı problemlərə sinə gəlir.”

"Biz Amerikada enerji inqilabı etdik – Birləşmiş Ştatlar hal-hazırda dünyada bir nömrəli neft və qaz istehsalçısıdır."

"24 ay sürətli tərəqqidən sonra bütün dünya bizim iqtisadiyyata həsəd aparır, ordumuz planetin ən güclüsüdür və Amerika hər gün qalib gəlməkdədir."

"Biz azadlıq uğrunda ləyaqətli mübarizələrində Venesuela xalqının yanındayıq."

"Bütün amerikalılar fəxr edə bilərlər ki, əmək qüvvəsinə daxil olan qadınların sayı tarixdə heç zaman bu qədər yüksək olmayıb."

"Bu gün mənim irəli sürəcəyim gündəm nə respublikaçıların nə də demokratların gündəmidir. Bu Amerika xalqının gündəmidir."

"Vətəndaşlarımızın həyatlarını və işlərini qoruyacaq immiqrasiya sistemi yaratmaq bizim mənəvi borcumuzdur."

"Biz birlikdə siyasi çıxılmaz vəziyyətə son qoymalıyıq. Biz köhnə ixtilafları aradan qaldırmalı, yaraları sağaltmalı, yeni koalisiyalar yaratmalı, yeni həll yolları irəli sürməli və Amerika gələcəyinin qeyri-adi vədini gerçəkləşdirməliyik."

"Amerikanın işçi sinfi ilə siyasi sinif arasındakı fərqi ən yaxşı qanunsuz immiqrasiya əks etdirir. Zəngin siyasətçilər və donorlar açıq sərhəd təbliğ edir, özləri isə divarlar, darvazalar və mühafizəçilər tərəfindən qorunur."

"Amerikalıların tamamilə eyni və bəzən hətta eyni yerdə istehsal olunan dərmanlar üçün digər ölkələrdəki insanlardan qat-qat çox pul ödəmləri qəbuledilməzdir. Bu yanlışdır, ədalətsizlikdir. Birlikdə biz bunun qarşısını ala bilərik."

"Prezidentliyə namizədikən mən yeni yanaşma vəd etdim. Böyük xalqlar sonsuz müharibələr aparmır."

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG