Accessibility links

Prezident Tramp: İran xalqı cana doyub


Prezident Donald Tramp İslam Respublikasını “terrorun bir nömrəli dövlət sponsoru” adlandırıb. ABŞ prezidenti bu bəyanatı İran prezidenti Həsən Ruhani öz ölkəsində baş qaldıran etiraz dalğasını etiraf etməsindən az sonra yayıb.

“İran, Terrorun Bir Nömrəli Dövlət Sponsoru insan haqlarını hər saat pozmaqdadır. İndi də dinc nümayişçilərin kommunikasiyasının qarşısını almaq üçün interneti qapadıblar. Yaxşı deyil!” Tramp Twitter hesabında yazıb.

Trampın bəyanatı Ruhaninin ABŞ prezidenti ünvanına səsləndirdiyi tənqidi fikirlərdən sonraya təsadüf edir. Ruhani Trampı İran xalqını bir vaxtlar terrorist adlandırmaqda günahlandırmışdı.

Bazar günü axşam verdiyi bəyanatda Ruhani insanların etiraz nümayişi keçirmək hüququna sahib olduqlarını deyib, ancaq bunun “ictimai asayişə və insan həyatlarına təhlükə törətmədən” həyata keçirilməli olduğunu vurğulayıb.

İranda nümayişçilər diktatura və dini rəhbərlik əleyhinə şüarlar səsləndirirlər.
İranda nümayişçilər diktatura və dini rəhbərlik əleyhinə şüarlar səsləndirirlər.

Bazar günü erkən Tramp Twitterdə iranlıların öz pullarının və sərvətlərinin oğurlanaraq terrorizmə israf olunmasından cana doyduqlarını yazıb.

“Belə görünür ki, onlar daha dözmək niyyətində deyillər,” Tramp yazıb. “ABŞ insan haqları pozuntularını diqqətlə müşahidə edir.”

Sadə iranlılar öz pullarının və sərvətlərinin oğurlanaraq terrorizmə israf olunmasından cana doyublar.

Ruhani nümayişlərdə iki etirazçının qətlə yetiriməsindən az sonra çıxış edib.

Bu ölümlər 2009-cu ildə "yaşıl inqilab" kimi tanınan etiraz dalğası əsnasında baş verən dövlət zorakılıqlarından bəri ilk insidentlərdir ki, orada etirazçılar İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən öldürülür.

Cümə axşamından bəri bütün İran boyu şəhərlər və qəsəbələrdə minlərlə adamın etiraz dolu şüarlarla küçələrə axışıb.

XS
SM
MD
LG