Accessibility links

Tramp koronavirus səbəbi ilə G7 samitini ləğv etdi


Cümə axşamı Ağ Ev bildirib ki, koronavirus səbəbi ilə iyun ayında Kamp Deviddə keçirilməsi planlaşdırılan Böyük Yeddilərin (G7) zirvə görüşü təxirə salınıb. Prezident Donald Tramp fərdi görüşlərin əvəzinə sammitin video- konfrans formatında keçiriləcəyini bildirib.

Qərar bütün dünya ölkələrinin sərhədlərini bağladıqdan və virusun yayılmasını dayandırmaq üçün səyahət etməyi qadağan etdikdən sonra alınıb.

Tramp bu həftənin əvvəli dünyanın ən böyük sənayeləşmiş ölkələrinin liderləri ilə video-konfrans keçirib və bunu aprel, may eləcə də iyun ayında təkrarlamağı planlaşdırır.

Ağ Evin iqtisadi müşaviri Trampın G7-də şəxsi nümayəndəsi rolunu həyata keçirən Larri Kudlou həmkarlarına qərar barədə məlumat verib. "Hər bir ölkənin bütün imkanlarını COVID-19-la mübarizə və iqtisadi problemlərə yönəltməsi üçün Milli İqtisadi Şura Direktoru və ABŞ prezidentinin 2020 G7 üçün şəxsi nümayəndəsi Kudlou digər ölkə liderlərinin şəxsi nümayəndələrinə qərarla bağlı məlumatlar göndərib" - deyə, Ağ Evin sözçüsü Cadd Deere Reuters xəbər agentliyinə bildirib.

Ağ Ev bu dəyişikliyə virusla mübarizə tədbirlərinin bir hissəsi kimi baxır. Ölkələr adətən liderləri ilə birlikdə G7 sammitlərinə böyük nümayəndə heyətləri göndərir və dünyanın dörd bir tərəfindən gələn jurnalistlər də görüşləri işıqlandırmaq üçün bir araya gəlir.

Tramp G7 toplantısını iqlim dəyişikliyi kimi tez-tez gündəmdə olan ənənəvi mövzularından yayınaraq iqtisadiyyata yönəltmək niyyətində idi. O, əvvəlcə liderlər qrupunu Floridadakı əmlaklarından birində qonaq etməyi planlaşdırdı, lakin görüşdən maddi qazanc əldə edəcəyinə dair tənqidlərdən sonra bu planları ləğv etmişdi.

G7 ABŞ, İtaliya, Yaponiya, Kanada, Fransa, Almaniya, İngiltərə, həmçinin Avropa Birliyindən ibarətdir.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG