Accessibility links

Prezident Tramp və birinci xanım sabiq prezident Corc Buş ataya son ehtiramlarını bildirib


ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp sabiq prezident Corc Buş ataya son ehtiramlarını bir dəqiqəlik sükutla bildirib.

Amerikanın 41-ci prezidentinin cənazəsi Kapitolidə qoyulub. Dünəndən etibarən mərhum prezidentlə vidalaşmaq üçün Kapitoli qapıları ictimaiyyətə açıqdır.

Vida mərasimi çərşənbə günü səhərədək davam edəcək.

1989-cu ildən 1993-cu ilədək prezident vəzifəsində xidmət göstərən Buşun dəfn mərasimi Vaşinqtonun Milli Kafedralında keçiriləcək.

Dövlət səviyyəsində dəfn mərasimi 7-10 gün davam edən bir tədbirdir və üç hissədən ibarətdir. İlk olaraq rəsminin yaşadığı ştat daxilində tədbirlər keçirilir, daha sonra Vaşinqton şəhəri daxilində mərasimlər keçirilir, ən sonda isə vəfat edənin torpağa tapşırılmaq üçün yaşadığı ştatda mərasimlər baş tutur.

XS
SM
MD
LG