Accessibility links

Prezident Tramp və birinci xanım sinaqoqda hücumun qurbanlarının xatirəsini anmaq üçün Pitsburqa səfər edir


Birləşmiş Ştatlar prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp sinaqoqda qətlə yetirilən 11 nəfərin ailəsinə başsağlığı vermək üçün bu gün Pensilvaniya ştatının Pitsburq şəhərinə gedir.

Lakin bəzi yəhudi icma liderləri prezidentin "ağ millətçiliyi" qınayana qədər onlardan uzaq durmasını tələb edir. Prezident Tramp isə kütləvi informasiya vasitələrini ölkədə silahlı hücumlara səbəb olan qəzəbi qızışdırmaqda ittiham edib.

Donald Tramp şənbə günü Pitsburq sinaqoqunda 11 nəfərin ölümü, polis işçiləri də daxil olmaqla, 6 nəfərin yaralanması ilə nəticələnən hücumu kəskin qınayıb.

Pitsburq şəhərinin meri Bill Peduto hadisə qurbanlarının ailələlərinin xahişi ilə Ağ Evə müraciət edərək, çərşənbə axşamı dəfn mərasiminə qədər prezidentin oraya səfərini təxirə salmasını istəyib.

Sinaqoqun ravvini Trampın Pitsburqa səfərini alqışlasa da, bəzi yəhidi liderlər açıq məktubda Trampın “ağ millətçiliyi” qınayana qədər şəhərə səfər etməməsini istəyib.

Sinaqoqa hücum edən zaman polis tərəfindən 3 yerindən yaralanan Robert Bouersin hücum və qətl ittihamları ilə bazar ertəsi ilk məhkəməsi olub.

XS
SM
MD
LG