Accessibility links

ABŞ-ın 10 ən zəngin prezidenti


ABŞ-ın yarandığı ilk günlərdən zəngin ağ kişilər Amerikanın taleyində qeyri-proporsional rol oynayıb.

Corc Vaşinqton, Tomas Cefferson və Ceyms Medison kimi qurucu atalar zəngin torpaqlara sahib ailələrdən çıxıb.

Sərvət və əlaqələr zəngin amerikalılara prezident xəyyalarının həyata tətbiqini təmin edib. Adamslar və Buşlar siyasi sülaləyə malik olub.

Lakin bu heç də bütün prezidentlərin zəngin ailələrdən gəldiyi demək deyil. Bəziləri sərvətə prezident olduqdan sonra sahib olub.

ABŞ prezidentlərinin illik məvacibi 400 min dollardır.

24/7 Wall Street onlayn maliyyə xəbər şirkəti prezidentlərin qənaətlər, əmlak alqı-satqısı, şirkətlər, vərəsəlik, kitab satışı və digər gəlir formalarından sərvət əldə edən prezidentlərin siyahısını hazırlayıb.

#1 Donald J. Tramp
Sərvəti: $3.1 milyard
45-ci prezident (2017-

Donald Tramp
Donald Tramp

Donald Tramp zəngin ailədə dünyaya gəlib. Atasından ona 413 milyon dollar keçib. Atasının əmlak alqı-satqısı şirkəsini genişləndirməklə Tram daha da zəngin olub.

#2 Con F. Kennedi
Sərvəti: $1.1 milyard
35-ci prezident (1961-1963)

Con Kennedi
Con Kennedi

Zəngin ailədə doğulan Kennedi bütün sərvətini miras olaraq əldə edib. Amerikanın ən zəngin insanlarından olan atası Co Kennedi sərvətini bank və investisiya vasitəsi ilə əldə edib.

#3 Corc Vaşinqton
Sərvəti: $587 milyon
1-ci prezident (1789-1797)

Corc Vaşinqton
Corc Vaşinqton

ABŞ-ın 1-ci prezidenti Vaşinqton sərvətini ögey qardaşının platansiyasının miras qalması ilə əldə edib. Daha sonra prezident və baş komandan kimi ildə 25 min dollar qazanıb. Həmin vaxt bu məbləğ ABŞ büdcəsinin 2 faizini təşkil edirdi.

#4 Tomas Cefferson
Sərvəti: $236.8 milyon
3-cü prezident (1801-1809)

Tomas Cefferson
Tomas Cefferson

Ceffersona Virciniya ştatında böyük ərazi atasından miras qalıb. Daha sonra 809 hekratlıq sahəni əmlakına qataraq məşhur Montiçello malikanəsini tikdirib. Həyatının çox hissəsini var-dövlət içərisində yaşayan Cefferson ölümünə yaxın dərin borca batıb.

#5 Teodor Ruzvelt
Sərvəti: $139.7 milyon
26-cı prezident (1901-1909)

Teodor Ruzvelt
Teodor Ruzvelt

Teodor Ruzveltə böyük məbləğdə trast fondları qalıb. 23 yaşında Nyu-Yorkun Ştat Assaşmleyasına seçildikdən sonra həyatını ictimai xidmətə həsr edib. Ruzvelt fondlarının böyük hissəsini investisiyada itirib.

#6 Endrü Cekson
Sərvəti: $132.6 milyon
7-ci prezident (1829-1837)

Endrw Cekson
Endrw Cekson

Endrü Cekson ABŞ prezidentləri arasında ən yoxsul ailədən olub. O, hüquqşünaslıq yolu ilə gəlir əldə edib. Cekson xanımı Reyçelin ailəsindən miras qalan sərvətə sahib olub. Reyçel Cekson prezident seçilməzən az öncə vəfat edib.

#7 Ceyms Medison
Sərvəti: $113.3 milyon
4-cü prezident (1809-1817)

Ceyms Medison
Ceyms Medison

Medisonun valideynləri çox zəngin olub. Onlar Vinciniya ştatında gəlirli plantasiyaların və məşhur Montpelier mülkiyyətinin sahibi olub. Medisonun sərvəti həyatının sonuna yaxın tükənməyə başlayıb. Onun plantasiyaları gəlir gətirmir və oğulluğu qumarbazlıq və ickiyə aludəlikdən Medisonun sərvətinə son qoyub.

#8 Lindon B. Conson
Sərvəti: $109.3 milyon
36-cı prezident (1963-1969)

Lindon çalışqan gənc olub. Lakin heç vaxt çoxlu pulu olmayıb. Kaludiya Teylor- “Lady Bird”lə evləndikdən sonra sərvət sahibi olub. Belə ki, Kaludiya Texasdan zəngin bir ailənin qızı idi. Onlar birgə heyvandalırla məşğul olub. Lakin əsəs gəlir mənbəyi Lady Bird-ün sahib olduğu radio stansiyası olub.

#9 Herbert Huver
Sərvəti: $83 million
31-ci prezident (1929-1933)

Herbert Huver
Herbert Huver

Huver sözün əsl mənasında özünü yaradıb. Yetimliklə böyüyən Huver Stenford universitetini bitirdikdən sonra mədən mühandisliyi üzrə kitab yazır. Birmada bir neçə gümüş mədəni əldə edən gələcək prezident bu yolla sərvət əldə edir.

#10 Bill Klinton
Sərvəti: $75.9 milyon
42-ci prezident (1993- 2001)

Bill Klinton
Bill Klinton

Bill Klintonun əsl gəliri prezidentliyi tərk etməsindən sonra yaranıb. O, 2005-ci ildə “Mənim həyatım” tərcümeyi-halına dair kitabının satışından milyonlarla dollar qazanıb. Klintonun xanımı Hillari Klintonun yazdığı “Çətin seçim” kitabının satışı Klintonlara 14 milyon dollar gətirib. Onlar milyonlarla pullu çıxışlar da edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG