Yeni Azərbaycan Partiyasının (YAP) 2018-ci il prezident seçkilərində namizədi partiyanın sədri İlham Əliyev olacaq.
Bu barədə YAP sədrinin müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Gənclər Günü münasibəti ilə hakim partiyanın gənclər tərşkilatı ilə görüşündə bildirib.
"Güman edirəm ki, ölkəmizin siyasi həyatının başlıca hadisəsinin YAP-ın namizədi üçün, prezident İlham Əliyev üçün uğurlu olmasında, cənab prezidentin qələbəyə nail olunmasında YAP gəncləri öz töhfələrini verə biləcəklər", Əhmədov qeyd edib.
Bu il oktyabrın 17-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.
İlham Əliyev 2003-cü ildən Azərbaycanın prezidentidir.
İndiyədək Müsavat Partiyasının keçmiş sədri İsa Qəmbərin və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi partiyaları tərəfindən elan edilib.