Accessibility links

Prezidentlər Rusiya-Azərbaycan sərhədində toplaşan Azərbaycan vətəndaşlarının problemini müzakirə edib


Rusiya-Azərbaycan sərhədində toplaşan Azərbaycan vətəndaşları
Rusiya-Azərbaycan sərhədində toplaşan Azərbaycan vətəndaşları

"Rusiyada yaşayan minlərlə Azərbaycan vətəndaşı taleyin ümidinə buraxılıb. Yalnız Rusiyanın Cənubi Dağıstan zonasında minlərlə belə insan aprelin sonlarından sərhədi keçməyə müvəffəq ola bilmir."

Bu barədə Rusiya mətbuatı yazıb.

RİA “Derbent” agentiyi məlumatında deyilir ki, yalnız Dağıstanın Məhərrəmkənd rayonunda azı 700 nəfər, Dərbənd rayonu ərazisində və Dərbənd şəhərində bir neçə yüz nəfər belə insan var.

Dərbənddən Qubaya cəmi 2 saata avtomobillə çatmaq olar. Orada qalan minə yaxın Azərbaycan vətəndaşını Qubada yerləşən hotellərdə karantinə daxil etmək olar.
Anar Məmmədli, ekspert

"Bu insanların yaşaması və qidalanması yerli hakimiyyətin və yerli xeyriyyəçilərin hesabına həyata keçirilir. Bir qədər əvvəl məsələnin həllinə Rusiya Fövqəladə Hallar Nazirliyi cəlb olunub. Azərbaycan bu insanların probleminin həllində iştirak etmir,”

RİA-Novosti agentliyi isə Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Dağıstanda Azərbaycan vətəndaşları üçün 15 çadır quraşdırılıb, iki səyyar mətbəx fəaliyyət göstərir. Bu çadırlarda 210 Azərbaycan vətəndaşı yerləşib.

Elşad Abbasov Azərbaycan vətəndaşıdır. O, uzun müddət Rusiyanın Azərbaycanla sərhədində qalıb. Abbasov Amerikanın Səsinə müsahibəsində bildirib ki, sərhəddə 1500-dək insan toplaşıb.

please wait

No media source currently available

0:00 0:00:50 0:00

“Azərbaycan vətəndaşları burada Rusiya hökumətinin quraşdırdığı çadırlarda yaşayır. Bir çox insanlar isə tanışlarının evlərində və digər yerlərdə yerləşib. Azərbaycan hökuməti hər hansı yardım göstərmir,” o qeyd edib.

Abbasov ümidini itirdiyindən artıq geriyə, Rusiyaya dönüb.

Sərhəddə toplaşmış Azərbaycan vətəndaşları etiraz aksiyaları keçirib və kömək üçün Rusiya prezidentinə müraciət edib.

Rusiya Prezidentinin mətbuat xidmətinin məlumatına görə, mayın 18-də prezident Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya-Azərbaycan sərhədində toplaşan Azərbaycan vətəndaşlarının evlərinə dönməsi məsələsini müzakirə edib.

“Prezidentlər hər iki ölkənin müvafiq nazirlikləri və dövlət qurumlarının problemi regional hakimiyyət nümayəndələri ilə birlikdə həll etmələri barədə razılığa gəıliblər,” Kremlin məlumatında deyilir.

Prezidentlərin telefon danışığından sonra, mayın 19-da iki ölkənin xarici İşlər nazirləri Elmar Məmmədyarov və Serqey Lavrov arasında telefon söhbəti olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatına görə, nazirlər prezidentlərin tapşırıqlara uyğun olaraq, Rusiyanın Dağıstan Respublikasında Azərbaycan vətəndaşlarının yığılması ilə əlaqədar vəziyyəti və məsələnin həlli üçün hər iki ölkə tərəfindən əlaqəli şəkildə atılmalı addımları müzakirə edib.

Azərbaycan-Rusiya sərhədi-xəritə
Azərbaycan-Rusiya sərhədi-xəritə

Nazirlərin telefon danışığından sonra Rusiyanın Dərbənd şəhər dairəsi rəhbərinin azərbaycanlılarla iş üzrə səlahiyyətli nümayəndəsi Qani Panayev Report agentliyinə bildirib ki, mayın 19-da daha 100 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunacaq.

“İndi 100 nəfərin Rusiya-Azərbaycan sərhədini keçməsinə hazırlıq görülür. İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılacaq. Sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır,” o bildirib.

İctimai məsələlər üzrə ekspert Anar Məmmədli hesab edir ki, Azərbaycan hökuməti vətəndaşlarının hüquqlarını müdafiə etməli, onların sosial tələblərini qarşılamalı və vətənə dönüşünü təmin etməlidir.

“Dərbənddən Qubaya cəmi 2 saata avtomobillə çatmaq olar. Orada qalan minə yaxın Azərbaycan vətəndaşını Qubada yerləşən hotellərdə karantinə daxil etmək olar. Bunun üçün bir az məsuliyyətli və iradəli olmaq yetərlidir,” ekspert qeyd edib.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda xüsusi karantin rejimi həyata keçirilir. Bu səbəbdən ölkəyə giriş-çıxışa tətbiq edilən qadağa mayın 31-dək qüvvədədir.

XS
SM
MD
LG