Accessibility links

Prezidentliyə iddialı Berni Sanders "ifrat zənginlik" vergisi təklif edir


Prezidentliyə Demokrat iddialı Berni Sanders $32 milyon dollardan artıq gəlirləri olan amerikalılara şamil olunacaq vergi planı irəli sürüb.

Demokrat rəqibi Elizabet Uorrenin planı ilə paralel irəli sürülən təklifin 180,000 amerikalıya təsir göstərəcəyi güman edilir.

Biz demokratiyamızın korrupsioner oliqarxiyaya çevrilməsinin qarşısını alacağıq.

Vermont ştatını təmsil edən senator deyir ki, “ifrat zənginlik vergisi” tarixən yüksək qeyri-bərabərliyin aradan qaldırılması və səhiyyə planının maliyyələşdirilməsi üçün sərf olunacaq.

“Kifayətdir artıq,” Sanders deyib. “Biz milyarder siniflə çarpışacaq və Amerikada qeyri-bərabərliyi azaldacaq və demokratiyamızın korrupsioner oliqarxiyaya çevrilməsinin qarşısını alacağıq.”

Prezidentliyə 19 Demokrat iddialıdan biri olan Sanders korporativ təsirlərin azaldılması və iqtisadi rəqabət meydanının hamarlanması ilə ABŞ iqtisadiyyatını yenidən quracaq platforma ilə çıxış edir.

XS
SM
MD
LG