Accessibility links

Trampın sabiq aparat rəhbəri dindirilib


Sabiq Ağ Ev aparat rəhbəri Reins Pribusu təhmsil edən vəkil bildirib ki, ABŞ höküməti müstəntiqləri cümə günü keçən ilki prezident seçkiləri dövrü Tramp kampaniyası ilə Rusiya arasında əlaqələri araşdıran istintaqın tərkib hissəsi olaraq, Pribusu sorğu-sual edib.

Vəkil Vilyam Börk deyib ki, Pribus məmnuniyyətlə bütün sualları cavablandırıb.

Pribus Ağ Ev aparat rəhbəri olmaqdan öncə, prezident seçkiləri kampaniyası dövründə Respublikaçıların Milli Komitəsinin sədri vəzifəsində çalışıb.

Xüsusi müstəntiq Robert Müller və onun müstəntiqlər komandası həm də yanvar ayından sonra prezident vəzifəsini icra etməyə başladıqdan sonra Trampın atdığı addımlara diqqət yetirirlər. Bura Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Ceyms Kominin istefaya göndərilməsi də daxildir. Belə ki, Müller prezident Trampın sabiq FBI direktorunun milli təhlükəsizlik müşaviri Maykl Flin ilə bağlı istintaqın dayandırmasına inandırma cəhdlərinin olub-olmadığını müəyyən etməyə çalışır.

Flin fevral ayında Rusiya səfiri ilə görüşü haqqında xəbərlərin yayılmasından sonra vəsifəsindən istefa edib.

Müstəntiqlərin növbəti həftələr ərzində bir necə cari və sabiq rəsmilərlə görüşəcəkləri gözlənilir. Prezident Trampa hər hansı bir yanlış addım atması ilə bağlı ittiham irəli sürülməyib.

XS
SM
MD
LG