Accessibility links

“A Private War” filmi


“A Private War” filmi
please wait

No media source currently available

0:00 0:04:00 0:00

Rejissor Matyu Haynemanın Oskar mükafatına nomunasiya edilən “A Private War” – “Özəl müharibə” filmində “Sunday Times” qəzetinin müxbiri Mari Kolvinin Şri-Lanka, İraq və Suriyada təhlükəli işindən danışılır. Filmdəki Mari Payk rolunu Oskar mükafatına nominasiya edilən aktrisa Rosamund Payk oynayır.

Aktrisa Rosamund Payk “A Private War” filmində həyatını dünya boyu baş verən dəhşətlərə həsr etmiş britaniyalı müxbir Mari Kolvinə çevrilir.

2001-ci ildə Şri-Lankada qumbara hücumu zamanı sol gözünü itirməsi belə onu ruhdan salmır. Lakin aldığı yaralar onu həm mənəvi, həm də fiziki cəhətdən sarsıdır. Rosamund Payk Mari Kolvinin daxili mübarizəsini hiss edir. Rosamund Payk: “Mən siqareti inandırıcı şəkildə çəkməyi öyrəndim, çünki Mari üçün hər şey siqaretlə asan olurdu, yəni hər söhbət, avtomobil sürmək… Mən onun söhbət zamanı əllərinin hərəkətlərini öyrənməyə çalışdım. Mən onun sol gözündəki sarığa görə başını əyməsini, bir gözü ilə iki gözlü insan kimi necə cəlb etdiyini öyrəndim.”

Rejissor Matyu Hayneman Collinisn xarakterindən, onun cəsarətindən faydalanaraq, onun haqqında ümumi bir hekayə yaratmağa çalışıb. O, 2012-ci ildə, Bəşar Əl-Əsədin Suriyanın Homs şəhərini bombaladığı vaxt onun gözünü belə qırpmadığını göstərir. “O, heç kəsin etmədiyini edə bilib, Əsəd rejiminin Homsda mühasirədə saxladığı 28 min insanın hekayəsini danışa bilib. Və o, “mən bunu etməsəm, kim edəcək?” deyən bir insandır”- deyə, rejissor bildirir.

Sənədli film rejissoru kimi Hayneman özünün bu filmində baş verənləri real şəkildə göstərməyə çalışıb. Kolvin İraqda kütləvi qəbri aşkar etdiyi zaman qəbrin ətrafına toplaşan qadın və kişilər real müharibə qurbanlarıdır. “Və mən bütün sənədli filmlərimin sonunda etdiyim kimi, burada da gözlənilməz bir hadisə baş verir, onlar ölənlərin ruhuna dualar oxumağa başlayır.”

Rosamund Payk da bunabənzər bir təcrübədən danışır: filim çəkilərkən o, Homs bombardman edilərkən uşaqları ilə birlikdə bir evdə gizlənən bir qadınla rastlaşır. Tərcüməçinin yardımı ilə qadın ona bombardman zamanı uşaqlarından biri öldükdən sonra südü qaçdığına görə körpəsinə yalnız şəkərlə su verdiyini deyib. “Bundan sonra qadın Mariyə deyəcəyi kimi, mənə “mən bunun kağız üzərində qalmasını istəmirəm, mən dünyanın burada bir nəslin öldüyünü bilmələrini istəyirəm. Mən dünyanın mənim hekayəmi bilməsini istəyirəm” dedi.”

Rosamund Payk deyir ki, bu an o, Kolvinin bir journalist kimi borcunun nəyin bahasına olursa olsun insan əzabına şahidlik etmək olduğunu anlayıb.

XS
SM
MD
LG