Accessibility links

Fələstin tərəfdarı nümayişçilər ABŞ-ın böyük şəhərlərində magistral yolları və körpüləri bağlayıblar


Fələstini dəstəkləyən nümayişçilər İllinoys, Kaliforniya, Nyu-York və Sakit okeanın şimal-qərbində magistral yolları və körpüləri bağlayıblar.

Nəticədə Çikaqodakı O'Hare Beynəlxalq Hava Limanına giriş müvəqqəti olaraq bağlanıb, Qolden Geyt və Bruklin körpüsündə, eləcə də ABŞ-ın qərb sahilində sıx ştatlararası yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Çikaqoda bazar ertəsi səhər keçirilən nümayiş avtomobillərini saxlayıb hava limanına gedən bəzi səyahətçilər üçün problem yaradıb.

Nümayişçilər Nyu-York ştatındakı Interstate 190-ı yolunu bağlayıblar və nəqliyyatın hərəkətini dayandırıblar. Onların sözlərinə görə, aksiya dünya miqyasında “Fələstinin azadlığı üçün iqtisadi blokadanın” bir hissəsi idi.

Oxşar aksiyalar nəticəsində Oreqon ştatının Yucin şəhərində ştatlararası magistral 5-də nəqliyyatın hərəkəti dayandırılıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG