Accessibility links

Hollivudlu prodüsserin 3 qadını zorladığı iddia olunur


Harvi Vaynşteyn
Harvi Vaynşteyn

Cinsi təcavüz skandalında adı hallanan məşhur Hollivud prodüsseri Harvi Vaynşteyn 3 qadını zorlamaq ittihamları ilə üzləşib.

The New Yorker-in yazdığına görə, zorlama iddiaları ilə qarşılaşan vaynşteyn on illər ərzində 13 qadına qarşı seksual təcavüzə görə günahlandırılır.

Məlumatda bildirilir ki, Weinstein Co. və Miramax şirkətlərinin 16 sabiq və hazırlı işçisi ya onun etdiklərinin şahidi olub, ya da bu haqda eşidib.

New York Times-da çıxan məqalədən sonra Harvi Vaynşteyn şirkətin idarə heyyəti üzvləri tərəfindən işindən kənarladırılıb.

Davranışına görə üzr istəyən prodüsser qəzetlərdə çıxan xəbərlərin bəzilərinin yanlış və əsassız olduğunu deyərək, qəzetləri defamasiyaya görə məhkəməyə verəcəyini bildirib.

XS
SM
MD
LG