Accessibility links

Prokuror Əli Kərimlinin mühafizəçisinin 15 il azadlıqdan məhrum edilməsini istəyib


Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədova 15 il azadlıqdan məhrum edilməsini istəyib.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə, qərara etiraz edən məhkəmə iştirakçılarından bir xanım hakimin göstərişi ilə məhkəmə zalında saxlanılıb.

Prokurorun çıxışına etiraz edən AXCP fəallarını polis uzaqlaşdırıb.

Prokurorun çıxışına etiraz edən AXCP fəallarını polis uzaqlaşdırıb
Prokurorun çıxışına etiraz edən AXCP fəallarını polis uzaqlaşdırıb

Növbəti məhkəmə prosesi sentyabırn 29-na təyin olunub.

Niyaməddin Əhmədova qarşı CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. Prokurorluq iddia edir ki, Məmmədov Azərbaycanda terror törətmək istəyib, bu məqsədlə çağırışlar etmək üçün Əhmədova pul göndərib.

Niyaməddin Əhmədovun məhkəmə prosesində
Niyaməddin Əhmədovun məhkəmə prosesində

Azərbaycan CM-in 214-1 maddəsində 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AXCP bu ittihamın absurd olduğunu bəyan edib, Əhmədovun həbsini isə partiyaya və partiyanın sədri Əli Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

Əhmədov özü də bildirib ki, həbsinin səbəbi Kərimlinin mühafizəçisi olması, 2019-cu ilin oktyabrında Milli Şuranın etiraz aksiyasında AXCP sədri tutulana qədər onu tək buraxmamasıdır.

Əhmədovun işgəncə iddiaları ilə bağlı prokurorluq orqanlarına ünvanlanmış şikayətlərinə cavab gəlmədiyi bildirilir.

Hüquq-mühafizə orqanları isə adətən, həbsdə olanların işgəncə iddialarını təkzib edir, bunu məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG