Accessibility links

Prokuror Cahangir Hacıyevə 17 il həbs cəzası istəyib


Cahangir Hacıyev
Cahangir Hacıyev

Bu, keçmiş bankirin haqqındakı ikinci cinayət işində prokurorun təklifidir.

İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin və digərlərinin cinayət işi üzrə həbs cəzası istəyib.

Dövlət ittihamçısı Cahangir Hacıyevin əvvəlki cəzasını da birləşdirməklə ona 17 il həbs verilməsini istəyib.

Bu, keçmiş bankirin haqqındakı ikinci cinayət işində prokurorun təklifidir.

Sabiq deputat Dünyamin Xəlilovun 15 il 9 ay, Cahangir Hacıyevin bacanağı İsmayıl Hidayətzadənin isə 6 il azadlıqdan məhrum edilməsi təklif olunur.

Bu işdə onunla birlikdə mühakimə olunanlardan keçmiş deputat Dünyamin Xəlilovun 15 il 9 ay, Cahangir Hacıyevin bacanağı İsmayıl Hidayətzadənin isə 6 il azadlıqdan məhrum edilməsi təklif olunub. Adları çəkilən iki nəfər də həbsdə idi, onların da əvvəlki cəzaları nəzərə alınmaqla, bu müddətlər təklif olunub.

Prokuror bu işdə adı keçən digər 19 nəfərin hamısına şərti cəza verilməsini uyğun sayıb. Onlar istintaq və məhkəmə dövründə də həbsdə olmayıblar.

Prokuror Cahangir Hacıyev və digərlərini 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli hesab edib. Ancaq CM-in 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün bu ittihamla cəza təyin edilməsini istəməyib.

Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib. O və digər yeddi nəfər külli miqdarda ziyan vurmaqla sui-istifadə, dələduzluq, mənimsəmə, israfçılıq, vəzifə səlahiyyətini aşmaq, rüşvət verməkdə təqsirli bilinib.

Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

2018-ci il dekabrın sonlarında Baş Prokurorluq bildirib ki, Cahangir Hacıyevə qarşı yeni maddə irəli sürülüb.

Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair $3,4 milyard ABŞ dolları və €987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla Cahangir Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Cahangir Hacıyev və keçmiş deputat Dünyamin Xəlilov ittihamları rədd ediblər

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG