Accessibility links

Prokuror jurnalistə 5 il 6 ay şərti cəza istəyib


Anar Məmmədov
Anar Məmmədov

Anar Məmmədov bəraət istəyir

Prokuror criminal.az saytının rəhbəri Anar Məmmədova 2 il sınaq müddəti olmaqla 5 il 6 ay şərti cəza istəyib.

Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə criminal.az saytının redaktoru Anar Məmmədovun işi üzrə məhkəmə davam etdirilib.

Əvvəlcə vəkil Elçin Sadıqov cinayət işi üzrə ekspert rəyi vermiş Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin müdiri Bəxtiyar Əliyevin politologiya üzrə təhsilinin olub-olmaması barədə Təhsil Nazirliyinə sorğu göndərilməsi barədə vəsatət verib. Çünki qanunvericiliyə görə, ekspertin rəy verdiyi sahə üzrə xüsusi təhsilinin olması tələb olunur.

Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib və hakim vəsatəti təmin etməyib.

Bununla yanaşı, vəkil Anar Məmmədovun beynəlxalq jurnalistika üzrə ali təhsil dipllomunu və əvvəlki iş yerlərində verilmiş jurnalist vəsiqələrinin surətini məhkəməyə təqdim edib.

Beləliklə, dövlət ittihamçısı və hakim heyəti məhkəmə istintaqının başa çatdığını elan edib.

Anar Məmmədov Amerikanın Səsinə müsahibəsində bildirib ki, o tam günahsızdır.

Prokuror jurnalistə 5 il 6 ay şərti cəza istəyib
please wait

No media source currently available

0:00 0:01:05 0:00

“İttiham və məhkəmə mənim jurnalist kimi susdurulmağıma yönəlib. İttiham sifarişdir, məhkəmədə sübut olunmadı. Mən bəraət istəyirəm. Bəraət almaq üçün hüquqi müstəvidə Avropa Məhkəməsinədək mübarizəmi davam etdirəcəm,” o qeyd edib.

Növbəti məhkəmə iclası martın 15-də saat 16.30-a təyin edilib. Bu iclasda vəkil və Anar Məmmədov son sözlə çıxış edəcək.

2018-ci il iyulun 9-da Baş Prokurorluq internetdə həmin ilin yayında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə enerji böhranı ilə bağlı "yalan məlumatların" və "qanunsuz çağırışların" yayılması haqqında cinayət işi açıb.

Bundan sonra prokurorluq bastainfo.com, criminal.az, topxeber.az və fia.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib.

Sonradan Anar Məmmədova qarşı Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

XS
SM
MD
LG