Accessibility links

Prokuror jurnalistin azadlığının məhdudlaşdırılmasını istəyib


“Azadlıq” qəzetinin reportyorunun məhkəməsi keçirilib
“Azadlıq” qəzetinin reportyorunun məhkəməsi keçirilib

İyunun 18-də Bakı şəhəri Xətai Rayon Məhkəməsində prokuror məhkəmədən Azadlıq qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin 1 il müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib .

Məhkəmədə iştirak edən qarşı tərəf, bloger Ata Abdullayev etiraz edərək jurnalistin 2 il azadlığının məhdudlaşdırılmasını istəyib.

Lakin Təzəxan Mirələmli və onun vəkili qarşı tərəfin bu fikri ilə razılaşmayaraq etiraz edib.

İyunun 25-də müdafiə tərəfinin çıxışı ilə məhkəmə prosesi davam edəcək.

Təzəxan Mirələmli Amerikanın Səsinə bildirib ki, cinayət işi üzrə özünü təqsirli bilmir və məhkəmə istintaqı zamanısərbəst ifadə verməkdən imtina edib.

Belək ki, T.Mirələmli əvvəlki məhkəmə prosesində barəsindəki cinayət işinin əsassız olduğunu vurğulayaraq, xitam verilməsi haqda da vəsatət qaldırıb. Lakin məhkəmə onun vəsatətini təmin etməyib.

Xatırlatma

Mayın 22-də Bakının Xətai Rayon Məhkəməsində “Azadlıq” qəzetinin müxbiri, Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Təzəxan Mirələmliyə qarşı cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Təzəxan Mirələmli Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur. Ona qarşı cinayət işi özünü “videobloger” kimi təqdim edən Ata Abdullayevin şikayəti əsasında başlanılıb.

Məhkəmə çəkişməsinin predmeti bu il fevralın 26-da AXCP fəallarının Xocalı soyqırımı qurbanları memorialını ziyarəti zamanı baş vermiş insidentdir.

Mirələmlinin sözlərinə görə, o, jurnalist kimi tədbiri işıqlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG