Accessibility links

Prokuror keçmiş nazir müavininə 10 il həbs istəyib


Prokuror mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramova 10 il həbs cəzası istəyib. Bu təklifi dövlət ittihamçısı iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində dilə gətirib.

Ötən ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunan Bayramovun işi üzrə istintaq təxminən bir il çəkib. Məhkəmə araşdırmaları iki aydan da tez başa çatdırılıb. İyulun 27-də hakim Əfqan Hacıyev məhkəmə istintaqının yekunlaşdığını açıqlayıb.

Hakimin ardınca söz alan prokurorun dediklərindən məlum olub ki, sabiq nazir müavini 26 hal üzrə toplam 1 milyon 786 min manat rüşvət götürməkdə suçlanır. Ona CM-in 311-ci (rüşvət alma) maddəsinin müxtəlif bəndlərilə ittiham verilib. Prokurorun sözlərinə görə, bu ittihamlar məhkəmədə sübuta yetirilib.

1 milyon 178 min manat qaytarılıb

Prokurorun çıxışından o da aydınlaşıb ki, R.Bayramov saxlanılarkən onun iş yerində, avtomobilində axtarış aparılıb, müxtəlif valyutalarda pullar aşkarlanıb. Həmin vəsaitlər də daxil, sabiq nazir müavininin atası oğlunun həbsindən sonra bir hissəsi manat, bir hissəsi dollar, bir hissəsi də avro olmaqla, 1 milyon 178 min manat vəsaiti dövlət nəfinə köçürüb. Prokuror çıxışında bunu yüngülləşdirici hal kimi vurğulayıb.

Keçmiş nazir müavininin vəkili müdafiə çıxışına hazırlaşmaqdan ötrü vaxt istəyib. Ona avqustun 10-dək vaxt verilib.

R.Bayramov özünü təqsirli bilmir. Onun vəkili məhkəmənin hazırlıq iclasında da istintaqın çoxsaylı pozuntularla aparıldığını iddia edərək, təkrar araşdırmaya qaytarılmasını istəmişdi.

Cinayət işinin materiallarında iddia olunur ki, R. Bayramov nazirliyin tabeliyindəki müəssisələrin rəhbərlərindən aylıq rüşvət alıb. Həmin qurumlara təmir-tikintisi üçün büdcədən ayrılan vəsitin bir qismi ona çatıb.

R.Bayramov nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovla birlikdə həbs olunub. İstintaqın sonunda Z. Sultanovun işi üzrə icraat ayrılıb. Sabiq nazir müavini məhkəmə qarşısına tək çıxarılıb.

Yaxın günlərdə Z.Sultanovun da məhkəməsi başlanacaq.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG