Accessibility links

Prokuror: Zorakılıq törədən "sarı jiletlilər" cəzalandırılacaq


Prokuror: Zorakılıq törədən "sarı jiletlilər" cəzalandırılacaq
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Prokuror: Zorakılıq törədən "sarı jiletlilər" cəzalandırılacaq

Paris prokuror Remi Heitz bazar günü bildirib ki, nümayişlər zamanı Paris küçələrində yanğın törədən və bizneslərə zərər vuran "sarı jiletlilər" cəzalandırılacaq.

"Mənim ofisim aksiyaların baş verdiyi zaman Paris küçələrində vəhşilik edən hər kəsi cəzalandıracaq. Biz icazə verə bilmərik ki, onlar istədikləri vaxt gəlib, hər şeyi dağıdıb, ciddi zorakı hərəkətlər edib və daha sonra bu hərəkətlərə görə qanun qarşısında cavab verməyəcəklərini düşünsünlər."

Fransada yüksək qiymətlərə qarşı başladılan etiraz nümayişləri artıq dörd həftədir davam edir. Aksiyalar başlayandan bəri ölkə boyu 1723 nəfər həbs edilib və müxtəlif şəhərlərdəki etirazların qarşısını almaq üçün ümumilikdə 90000-dən çox polis yerləşdirilib.

"Mən bu hadisələr nəticəsində zərər görə insanları düşünürəm. Xüsusilə də mağazaları məhv edilmiş biznes sahiblərini. Biz qanuni olaraq bizneslərinin təmir olunmağını gözləyən bu zərərçəkmişlərə qarşı diqqətli olmaq məcburiyyətindəyik. Biz ədalətin öz yerini tapması üçün əlimizdən gələni etməliyik" - deyə, Remi Heitz əlavə edib.

Heitzin verdiyi məlumata görə, həbs olunanların böyük əksəriyyətini bu günə qədər heç bir kriminal tarixçəsi olmayan, yaşı 40-dan aşağı olan kişilər təşkil edir.

"Həbs olunmuş insanların profilləri keçən həftə müşahidə etdiyimiz şəxslərin profilinə bənzəyir. Əksəriyyəti 40 yaşdan az, heç bir kriminal tarixçəsi olmayan və Fransanın şərq və qərbindəki regionlardan gələnlərdir. Onların arasında ifrat sağçı və ifrat solçu insanlara daha çox rast gəlmək olur" - deyə, prokuror Heitz qeyd edib.

Fransız avtobus sürücülərinin flüoresan təhlükəsizlik jiletlərinə görə "sarı jiletlilər" adlanan etiraz aksiyası noyabrın 17-də başlayıb və son dörd həftə ərzində bütün ölkə boyu təxminən 300000-dən çox etirazşə bu nümayişlərə qoşulub. Onlar prezident Emmanuel Makronun iqtisadi siyasətinə qarşı çıxır, vergilərin azaldılması və maaşların qaldırılması tələb edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG