Accessibility links

Prokurorların Trampın inaqurasiya komitəsinə çağırış göndərdiyi deyilir


ABŞ-ın federal prokurorları prezident Donald Trampın inaqurasiya komitəsinə çağırış göndərərək, onlardan donorlar və xərclərlə bağlı sənədləri tələb edir.

Bu xəbər bazar ertəsi bir neçə KİV tərəfindən yayılıb. Onlar xəbərlərində ya çağırışa, ya da istintaqla yaxından əlaqəsi olan insanlara istinad edib.

Prokurorlar komitənin Trampın 2017-ci ilin yanvar ayında andiçmə mərasimi ilə bağlı tədbirlər üçün topladığı 107 milyon dolları yanlış məqsədlərlə xərcləyib-xərcləmədiyini təhqiq edir.

Pulun nə məqsədlə xərcləndiyini və ianələr müqabilində verilən mümkün imtiyazları araşdırmaqla yanaşı, prokurorlar həmçinin xarici vətəndaşlar tərəfindən ianələrin olub-olmadığını öyrənmək istəyir.

ABŞ qanununa əsasən bu cür xarici ianələr qadağandır.

Xəbərlərdə inaqurasiya komitəsininin sözçüsünə istinadən deyilir ki, komitə istintaqa yardım etməyə hazırdır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG