Accessibility links

Prokurorlar Silvio Berluskoninin məhkəməyə çıxarılmasını tələb edirlər


"Yaqut" ləqəbli mərakeşli rəqqasə
"Yaqut" ləqəbli mərakeşli rəqqasə

İtaliyalı prokurorlar baş nazir Silvio Berluskoninin dərhal məhkəmə qarşısına çıxarılmasını tələb edirlər. Cənab Berluskoni 17 yaşlı qıza seks əvəzində pul ödəməkdə və öz səlahiyyətlərindən sui istifadə edərək məsələni ört-basdır etməkdə ittiham olunur. İndi hakim Milan məhkəməsi qarşısında qaldırılan vəsasəti qəbul edib-etməməyə qərar verməlidir. Prokurorlar iddia edirlər ki, 74 yaşlı Berluskoni bir sıra gənc qadınla, o cümlədən 17 yaşlı mərakeşli rəqqasə ilə cinsi əlaqədə olmaq üçün pul ödəyib. Baş nazir təqsirkar olmadığını deyir.

XS
SM
MD
LG