Accessibility links

Prokurorluq: Mi-17 helikopterinin qəzaya uğramasına pilotların səhvləri səbəb olub


Prokurorluqda brifinq
Prokurorluqda brifinq

Noyabrın 30-da 14 nəfərin hərbçinin həlak olması, 2 nəfərin isə yaralanması ilə nəticələnən Azərbaycan Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 helikopterinin qəzaya uğramasına pilotların helikopterin idarəetməsində yol verdikləri səhvlər səbəb olub.

Bu barədə Azərbaycan Baş Prokurorluğunun dekabrın 20-də keçirdiyi brifinqdə baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib.

İstintaq müəyyən edib ki, pilotlar eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq, helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə kobud səhvlərə yol veriblər.

Prokurorluqda brifinq
Prokurorluqda brifinq

Aparılmış ilkin məhkəmə-tibbi müayinəsinə əsasən qəza nəticəsində həlak olmuş şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olub.

Qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Baş Prokurorluq kütləvi informasiya vasitələrinə, habelə sosial şəbəkə istifadəçilərinə helikopter qəzası ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyi və bunun qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət səbəb olacağı barədə xəbərdarlıq edir.

XS
SM
MD
LG