Accessibility links

Prokurorluq xəbər portalının təsisiçisinə xəbərdarlıq edib


sozcu.az saytı

Baş Prokurorluq “sozcu.az” xəbər portalının təsisçisi Elşən Məmmədova xəbərdarlıq edib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğunda aparılmış araşdırmalarla “sozcu.az” xəbər portalında koronovirus epidemiyanın guya respublika ərazisində geniş miqyasda yayılması, xəstəliyə yoluxmuş şəxslərin müalicə müəssisələrində vəfat etmələri barədə qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, yalan məlumatların dərc edilməsi, süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməsi müəyyən edilib.

Məlumatda deyilir ki, portalın təsisçisi Elşən Məmmədov Baş Prokurorluğa dəvət edilərək yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Mətbuat Xidməti bildirir ki, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan bu qəbildən olan qanunazidd hərəkətlərə yol verən kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.

Öz növbəsində Elşən Məmmədov bildirib ki, onun prokurorluğa çağırılması, Sozcu.az saytında dərc edilən “Sabunçu xəstəxanasında bir nəfərin koronovirusdan öldüyü haqda səs yazısı yayıldı” xəbəri ilə bağlıdır.

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG