Accessibility links

ABŞ səfirliyi Peşəkar İxtisasartırma Proqramını elan edib


Peşəkar İxtisasartırma Proqramı
Peşəkar İxtisasartırma Proqramı

ABŞ Azərbaycandakı səfirliyi ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu tərəfindən maliyyələşdirilən, ABŞ və xarici qurumlar arasında əlaqələrin yaradılması məqsədi daşıyan Peşəkar İxtisasartırma Proqramını (Professional Fellows Program) elan edib.

Səfirliyin məlumatında deyilir ki, universitet bitirən, İngilis dilini sərbəst bilən və dövlət sektorunda müvafiq təcrübəyə malik olan 25-35 yaş arasında Azərbaycan vətəndaşları proqramda iştirak etmək üçün onlayn şəkildə müraciət edə bilər.

Müraciət üçün son tarix bu il aprelin7-dir.

Bu saytlardan və emal-lə əlavə məlumat ala bilərsiniz:

https://ais.americancouncils.org/pfp və ya

http://professionalfellows.americancouncils.org/ İnternet səhifəsinə daxil olun və ya Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə əlaqə saxlayın.

E-poçt: pfp@americancouncils.az

XS
SM
MD
LG