Accessibility links

3D çapı ilə hazırlanan protezlər [Video]


3D çapı ilə hazırlanan protezlər
please wait

No media source currently available

0:00 0:01:56 0:00

3D çapı sənət adamlarına və mühəndislərə ən cəsarətli görüntülərini yaratmağa imkan verib. Lakin 3D çapından protez əl-ayaq düzəltmək üçün istifadə edən argentinalı Cino Tobaro insanların həyatını dəyişir.

Yeni rəngləri və görünüşü ilə Kaori gənc əlil qızdan super qəhrəmana çevrilib. “Mən “Frozen”dəki kimi istəmişdim, lakin müxtəlif rəngli alındı” deyə, o bildirir.

Onun anası üçün bu, inanılmaz bir dəyişiklikdir. Karina Misue: “İki uşaq ona yaxınlaşıb, təəccüblə “bu nədir belə? bu oynamaq üçün xüsusi əldirmi?” deyə sual verdi. Onlar hətta ondan əli oynamaq üçün istədilər.”

Bunları Cino Tubaro düzəldir. 3D çağı ilə o, ucuz, lakin həyatı dəyişən protezlər düzəldir. “Mən evimizdəki elektrik cihazları açarkən uşaq idim. Mən bıçaq və vintburandan istifadə edirdim. Təsəvvür edin, 6 yaşlı uşaq bıçağı qızdırıb, evdə nəyi isə kəsmək istəyir. Mən anamın ütü masasını kəsib-doğrayır və tamam başqa əşyaya çevirirdim.”

Onun etdikləri nəzərdən qaçmadı. Birləşmiş Ştatların sabiq prezidenti Barak Obama: “Bir qadın ondan oğlu Filippe üçün protez əl düzəltməsini istədi, belə bir əlin qiyməti on minlərlə Amerika dollarıdır. Cino Filippeyə əli çox az qiymətə çap etdi. Bir neçə həftədən sonra Filippe artıq velosiped sürə bilir, balıq tutmağa gedirdi, yəni adi uşaqların etdiklərini edə bilirdi. Bundan sonra min nəfərdən çox argentinalı Cinoya müraciət etdi.”

Amerika prezidenti onun haqda danışana qədər Cino 500-dən çox protez düzəltmişdi. Prezidentin çıxışından sonra ona 5 minə qədər sifariş gəldi. İndi insanlar uzaq Taylanddan tutmuş Misirə qədər ondan xüsusi bir şey gözləyir.

XS
SM
MD
LG