Accessibility links

Bakıda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib


Rusiya səfirliyi qarşısında etiraz aksiyası
Rusiya səfirliyi qarşısında etiraz aksiyası

Martın 4-də bir qrup Azərbaycanlı hüquq müdafiəçisi Rusiyanın Bakıdakı səfirliyi qarşısında Ukraynaya hərbi müdaxiləyə etiraz aksiyası keçirib.

Bu zaman polis əməkdaşları "təhlükəsizlik tədbirləri" ilə əlaqədar səfirliyin binasına yaxınlaşmağa icazə verməyiblər.

Bu, hüquq müdafiəçilərin etirazına səbəb olub və onlar səfirliyin yaxınlığında bəyanatlarını oxuyublar.

Bəyanatda Rusiya işğalının dərhal dayandırılması, Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılması və qonşularla münasibətlərin danışıqlar masası arxasında həll edilməsi tələbi yer alıb.

Bundan sonra etirazçılar "İşğala son!" şüarı səsləndiriblər və bəyanatı polis əməkdaşlarına təqdim ediblər, polislər sənədi səfirliyə verməyi vəd edib.

Aksiya "Müdafiə Xətti" tərəfindən təşkil edilib. Tədbirdə bu QHT-nin sədri Rüfət Səfərov, təşkilat üzvləri Zaur Əkbər, Zəfər Əhmədov, Əlaif Həsənov, ictimai fəal Bəxtiyar Hacıyev və başqaları iştirak ediblər.

Öz növbəsində Amerikanın Səsi Rusiyanın Azərbaycandakı səfirliyindən şərh almaq cəhdimiz baş tutmayıb. Səfirlik telefon zənglərimizə cavab verməyib.

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ələ keçirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG