Accessibility links

Prozopaqnoziya - üzləri tanımama xəstəliyi [Video]


Prozopaqnoziya - üzləri tanımama xəstəliyi
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Prozopaqnoziya - üzləri tanımama xəstəliyi

Bir çox insan tanış insanların adlarını xatırlmaqda çətinlik çəkir, amma çox nadir rast gəlinən xəstəliyi olan insanlar isə üzləri xatırlaya bilmir. Yunan dilindən tərcümədə üz tanımamaq mənasını verən prozopaqnoziya beyin xəstəliyidir. Bu xəstəliyi olan insanlar başqalarının, bəzi hallarda hətta ailələrinin belə üzlərini unudurlar.

Təsəvvür edin ki, bir insan beyin travması alıb və insan üzlərini yadda saxlaya bilmir, amma avtodayanacaqdakı maşınları, müxtəlif səhnələri xatırlayır. Bu onu göstərir ki, üzlər beyindəki fərqli mexanizmlər vasitəsilə proses olunur.
Bred Düşeyn

Deyşa Ridə küçədə rast gəlsəniz, onun uşaq ikən beyin travması aldığını anlamazsınız. Amma onunla ikinci dəfə görüşəndə artıq bir qəribəlik hiss edə bilərsiniz, çünki o sizi tanımayacaq.

“Üzü tanımaq qabiliyyəti xüsusilə sağ gicgah payından asılıdır” - deyə, koqnitiv neyrofizioloq Bred Düşeyn bildirir.

Ümumilikdə Rid sağalsa da, indi o, prozopaqnoziyadan yəni üzləri tanımamaq sindromundan əziyyət çəkir.

Milli Elm Fondunun dəstəyi ilə, psixoloq Bred Düşeyn və onun Dartmaut Kollecindəki həmkarları insanların üzləri necə tanıyıb, proses etdiyini araşdırır.

“Mən əsasən normal beyninin quruluşunu anlamağa çalışıram. Biz travma alan beyinlərdən istifadə edərək, normal beynin fəaliyyəti ilə bağlı məlumat əldə edə bilərik”, Düşeyn deyir.

Prozopaqnoziya ilə bağlı ilk məlumat 150 il öncə çıxsa da, bu xəstəlik çox nadir rast gəlinir və xəstəlik tam başa düşülmür. Düşeyn bu xəstəlikdən əziyyət çəkən 20 iştirakçını bir araya toplayaraq, onlar üzərində çox sayda sınaq aparıb və məlumat bazası hazırlayıb.

Onlar həmçinin iştirakçıların əşyalarla bağlı yaddaşını və qavrayış hissinin başqa aspektlərini test edib.

“Təsəvvür edin ki, bir insan beyin travması alıb və insan üzlərini yadda saxlaya bilmir, amma avtodayanacaqdakı maşınları, müxtəlif səhnələri xatırlayır. Bu onu göstərir ki, üzlər beyindəki fərqli mexanizmlər vasitəsilə proses olunur”, Düşeyn söyləyir.

Tədqiqatçılar MRT-dən istifadə edərək beynin quruluşunu yoxlayır və funksional MRT vasitəsilə pasientlərin üzlərə baxdıqları və ya səhnələri izlədikləri zaman beyin fəaliyyətini sınaqdan keçirir.

Mən əsasən normal beyninin quruluşunu anlamağa çalışıram. Biz travma alan beyinlərdən istifadə edərək, normal beynin fəaliyyəti ilə bağlı məlumat əldə edə bilərik.
Breyd Düşeyn

“Onların beyinlərinin bir hissəsi ya yoxdur ya da zədələnib və biz bunu MRT vasitəsilə görürük. Yəni beynin bir hissəsi yoxdursa, o heç bir fəaliyyət göstərə bilməz. Beləcə biz beynin həmin hissəsinin fəaliyyəti ilə bağlı bəzi nəticələr çıxara bilərik” – deyə, Dartmout Kollecinin tədqiqatçısı Mari-Luiz Kieseler bildirir.

Düşeyn deyir ki, onun prozopaqnoziya ilə bağlı tədqiqatı birbaşa olaraq hər hansı müalicəyə gətirib çıxarmayacaq, buna baxmayaraq Rid yenə də bu tədqiqatda iştirak etmək istəyir.

Onun yardımı ilə tədqiqatçılar bizim dünyanı və ətrafımızdakı insanları necə tanıdığımıza dair daha ətraflı məlumatlar əldə edə bilər.

XS
SM
MD
LG