Accessibility links

Pruitt: İqlim sazişindən çıxmağa görə üzr istəməyə ehtiyac yoxdur


Skott Pruitt, EPA Administratoru
Skott Pruitt, EPA Administratoru

ABŞ Ətraf Mühiti Qoruma Agentliyinin (EPA) Administratoru Skott Pruitt Prezident Donald Trampın Amerikanı Paris İqlim Anlaşmasından çıxarmaq qərarını müdafiə edərək bunu “cəsarətli” addım kimi qiymətləndirib. O, əlavə edib ki, amerikalılar bu qərara görə heç kəsdən üzr istəməyə borclu deyillər.

“Bir ölkə olaraq bizim üçün üzr istəniləsi bir şey yoxdur,” Pruitt müxbirlər qarşısında Ağ Evdə keçirilən brifinqdə bəyan edib.

Bir ölkə olaraq bizim üçün üzr istəniləsi bir şey yoxdur.

Pruitt deyib ki, prezident iqlim dəyişikliyi ilə bağlı “bir çox səsləri” dinləyib və anlaşmanə tərk etməzdən öncə məsələ üzərində “dərindən düşünüb”.

Pruitt Prezident Trampın qlobal istiləşmənin fırıldaq ideya olduğuna inanıb-inanmadığına dair sualı cavablandırmayıb.. O, bu anlaşmanın Amerikanı “iqtisadi baxımdan çətin durumda” qoyduğunu vurğulayıb.

Prezident Donald Tramp ABŞ-ın Paris İqlim Anlaşmasındakı rolu haqda danışır. 1 iyun, 2017.
Prezident Donald Tramp ABŞ-ın Paris İqlim Anlaşmasındakı rolu haqda danışır. 1 iyun, 2017.

EPA rəhbəri bildirib ki, ABŞ prezidenti yaxın günlərdə iki seçimdən birini edəcək.

“O, ya Paris anlaşmasına yenidən daxil olacaq, yaxud da Amerikanı birinci qoymaq amacı ilə yeni raund danışıqlara başlayacaq.”

Pruitt etiraf edib ki, qlobal istiləşmə real fenomendir və “insan fəaliyyəti ona müəyyən formada təsir göstərir.”

XS
SM
MD
LG