Adətən sınmış ayaq və ya qolu müalicə etmək üçün həkimlər həmin yerin rentgenini çəkir və problemi müəyyən edir. Amma psixi xəstəliyi müalicə etmək üçün onlar beynin şəklini çəkmir. Bir həkim isə bunu mübahisəli beyin skanneri ilə dəyişməyə çalışır.
Rusiyada bəsit bir xəstəlikdən tutmuş tutmalara kimi hər cür psixi xəstəlik səbəbilə insanları, dəli adı altında ruhi xəstəxanlara yerləşdirirlər.Pərvin Nuruddin
Bu gün Pərvin Nuruddin ilk dəfə olaraq beynini görəcək.
Bir həkim düşünür ki, bu şəkil Pərvinin ömrü boyu psixi xəstəlikdən əziyyət çəkməsinin səbəbini ortaya çıxaracaq.
“Rusiyada bəsit bir xəstəlikdən tutmuş tutmalara kimi hər cür psixi xəstəlik səbəbilə insanları, dəli adı altında ruhi xəstəxanlara yerləşdirirlər,” deyə Pərvin bildirir.
Pərvin altı yaşınadək Rusiyada ruhi xəstəxanada qalıb. Ondan öncə o, Əfqanıstanda, daha sonra isə Pakistanda yaşayıb. Orada onun atası mina üzərinə ayaq basaraq, həlak olub.
Pərvin ona diaqnoz qoyulması üçün Amen Klinikasına gəlib. Burada həkimlər SPECT beyin skannerlərindən istifadə edir.
Skaner beyin fəaliyyətinin xəritəsini hazırlayır və oksigenin çatışmadığı yerləri vurğulayır. Tətbiq olunan müalicə digər psixi xəstəliklərdə olduğu kimi təkcə xəstəliyin tarixçəsin və simptomlarına deyil, bu görüntülərə əsaslanır.
“Biz bu dörd yeri romb şəklində birləşdirdik. Yəni insanlar həyatlarında ciddi stres və ya travmadan keçəndə biz bunu görəcəyik,”
Dr. Lanti Coranbi Pərvinə Posttravmatik stress pozuntusu (PTSP) və depressiya diaqnozu qoyub. Dr. Coranbi bu diaqnozun ənənəvi psixiatriya ilə müəyyən oluna biləcəyi ilə razılaşsa da, bunun hər zaman mümkün olmadığını deyir.
“Depressiyadan əziyyət çəkən bəzi insanlar elə dəhşətli beyin zədəsi alıb ki, həmin zədə hələ diaqnoz olunmayıb. Bəziləri də hələ ki, müəyyən edilməyən kimyəvi və zəhərli maddələrin təsirinə məruz qalıb,” deyə Dr. Coranbi bildirir.
Amen Klinikaları son 30 ildə 140 min beynin skaner ilə şəklini şəkib. Amma bir çox tibb universitetində SPECT üsulu öyrədilmir.
Mən həyatım boyu bir çox testdən keçmişəm və daha öncə heç kəs mənə problemin harada olduğunu və o problemi necə həll edəcəklərini deyə bilməmişdi.Pərvin Nuruddin
“Akademik sahə bunu klinik vasitə əvəzinə araşdırma vasitəsi olaraq görür,” Dr. Coranbi söyləyir.
Bəzi alimlər deyir ki, SPECT pasientləri gərəksiz radiasiaya məruz qoyur. Digərləri isə onun faydalarının hələ ki, sübut olunmadığını deyir. Bütöv prosedür 4 min dollara başa gəlir.
Pərvin üçün isə bu bir sübutdur.
“Mən həyatım boyu bir çox testdən keçmişəm və daha öncə heç kəs mənə problemin harada olduğunu və o problemi necə həll edəcəklərini deyə bilməmişdi,” o deyir.
Bu səbəbdən də o, beyninin şəkillərini alıb, sübut olaraq qardaşlarına göstərəcək.