Accessibility links

Ağır xəstələrin psixoloji durumu [Video]


Ağır xəstələrin psixoloji durumu
please wait

No media source currently available

0:00 0:02:18 0:00
Ağır xəstəliklər keçirən insanların sağlam insanlarla müqayisədə psixoloji vəziyyətlərinin ağır olduğu müəyyən edilib.

Son araşdırmaların nətiçəsi göstərib ki, diabet və ürək xəstəlikləri olan insanlar depressiyaya və digər əqli xəstəliklərə daha meyilli olur.
Reanimasiyalara düşən ağır xəstələr necə?

Pittsburq Səhiyyə Mərkəzinin həkimi Derek Angus ağır xəstəliklər və əqli durum arasındakı bağlılıqla bağlı tədqiqata rəhbərlik edib. Alimlər son 3 il ərzində

Danimarkada reanimasiyaya düşən ağır xəstələrin xəstəlik tarixi ilə tanış olub.“Danimarkanın mühümlüyü nədədir? Çünki burada hər bir insanın vəziyyətinə dair məlumat bazası mövcuddur.”Bu xəstələr ölümlə üzləşən insanlardır. “Biz sepsis və ya pnevmaniya kimi xəstəliyə tutulanlarla maraqlanırıq.”

Xəstəxanaya təcili yardımla gələnlərlərlə digər yollarla xəstəxanaya çatdırılanlar arasında müqayisə aparılıb.“Təcili yardım göstərilənlərin çoxunda psixoloji xəstəliklərin əvvəlcədən olduğu müəyyən edilib.”

Alimlər heç vaxt psixoloji problem olmayanlarla da maraqlanıb.

Dr. Angusun dediyinə görə, xəstələrə və onların ailələrinə depressiya, nigaranlıq hissi keçirmək və travmlardan sonrakı narahatlıqların kritik xəstəliklərdən sağ qalanların ağırlaşması olduğunu demək olduqca çətindir.

Aradırmalar göstərib ki, risk xəstəxanadan çıxdıqdan sonrakı 3 ay ərzində daha yüksəkdir. Zamanla bu, azalmağa başlayır.
XS
SM
MD
LG