Accessibility links

Puçdemon: Kataloniyanın müstəqillik mübarizəsinə son qoyuldu


Sürgündə olan separtçı lider Karles Puçdemonun televiziya kanallarının əlinə keçən şəxsi mesajlarında Kataloniyanın müstəqillik mübarizəsinin bitdiyini deməsi İspaniyada şok təsiri yaradıb.

Bu etiraf İspaniyanın konstitusiya məhkəməsinin Puçdemonun həbslə üzləşdiyi və İspaniyaya geri dönə bilmədiyi üçün prezidentliyə nominasiya edilə bilməyəcəyinə dair qərar verməsindən sonraya təsadüf edir.

“Müstəqillik prosesi bitdi. Mən qurban verildim,” deyə Puçdemon yaxın dostuna atdığı mesajda yazıb. O bu mesajı Katalon partlamentinin spikeri Rocer Torrent parlamentdəki yerlərin çoxuna sahib separatçılar Puçdemonu nominasiya etməyi planlaşdırdıqları sessiyanı təxirə salandan sonra yazıb.

İspaniyanın vitse-prezidenti Torrenti Puçdemonu əvəzləyəcək başqa namizəd axtarmağa çağırır.

Ötən noyabr ayında Kataloniyanın regional hökümətinin müstəqillik elan etməsinin sonra İspaniyanın baş naziri Kataloniya üzərində birbaşa nəzarət elan edəndən bəri Puçdemonun kabinet üzvlərinin çoxu həbs olunub, özü isə ölkədən qaçıb.

Onun vitse-prezidenti daxil olmaqla, kabinet üzvlərinin üçü hələ də həbsdədir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG