Accessibility links

Tramp Puerto Rikoda qasırğa qurbanlarına yardım vəd edir


ABŞ Nümayəndələr Palatasının spikeri Pol Rayan deyir ki, Konqres ötən həftə Maria qasırğasının təsirinə məruz qalan Puerto Rikoya yardım səylərini davam etdirir.

Rayan deyir ki, Konqres administrasiya ilə birgə ABŞ ərazisi olan Puerto Rikoya lazımı resursların çatdırıldığını təmin etməyə çalışır.

Puerto Rikoda hələ ki, elektrik yoxdur, telefon xidməti bəzi yerlərdə var, bəzi yerlərdə isə bərpa edilməyib. Rəsmilər isə insanları ərzaq və su ilə təmin etməyə çalışır.

Bazar ertəsi axşam Twitter mesajlarında prezident Tramp deyib ki, “qida, su və dərmanlar ən yüksək prioriterdir”.

Puerto Rikodan əlavə Maria qasırğası Karib hövzəsindəki digər ərazilərə də zərər yetirərək, 33 nəfərin ölümünə səbəb olub.

XS
SM
MD
LG