Accessibility links

Puerto-Rikoda qubernatorun istefası tələbi ilə minlərlə adam küçələrə axışıb


Puerto-Rikoda qubernator Rikardo Rossellonun istefasını tələb edən etirazçılarla polis arasında qarşıdurma olub.

Etirazlar artıq onuncu gündür davam edır.

Qubernatorun qasığra qurbanlarına sayğısızlığını göstərən mesajların dərc edilməsi puerto-rikoluları qəzəbləndirib.

Bazar ertəsi gecə saatlarında polis San Juanda qubernatorun evinin qarşısına toplaşan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Səhər saatlarında Rossellonun istefasını tələb edən çox sayda insan paytaxtın küçələrinə çıxıb.

Ada sakinləri iki həftə əvvəl “Jurnalistika İstintaq Mərkəzi”nin qubernator Rossello və bir neçə yüksək səviyyəli rəsminin online-da bir-birlərinə 2017-ci ildə 3 min nəfərin ölümünə səbəb olan və adanı aylarla elektriksiz qoyan Mariya qasırğasının qurbanlarına hörmətsizlik ifadə edən mesajlarını dərc etməsindən sonra qəzəblənib.

Puerto Riko qubernatoru Rikardo Rossello mətbuat konfransında jurnalistlərin suallarını cavablandırır. San Juan, 16 iyul, 2019.
Puerto Riko qubernatoru Rikardo Rossello mətbuat konfransında jurnalistlərin suallarını cavablandırır. San Juan, 16 iyul, 2019.

Rossello eləcə də siyası rəqiblərinə qarşı soxsaylı qadınlara nifrət xarakterli mesaylar göndərib.

“Yeni Mütərəqqi Partiya”nı tərk edən Rossello 2020-ci ildə keçiriləcək seçkilərə yenidən qatılacaqını bildirb.

Prezident Donald Tramp Rossellonu "bacaqırsız lider" adlandırıb. Tramp Rossello və digər Puerto-Riko rəsmilərinı Mariya qasırğasından sonra lazımi ölçülər götürməməkdə və korrupsiyada ittiham edib.

XS
SM
MD
LG