Accessibility links

Puerto Rikonun qubernatoru istefa verəcəyini elan etdi


Puerto Riko qubernatoru Rikardo Rossello nifrət xarakterli mesajlar və korrupsiya ittihamları ilə bir neçə gün davam edən küçə etirazlarından sonra istefa verəcəyini bildirib.

Anlayıram ki, bu vəzifədə qalmağım ölkənin uğuru üçün çətinlik yaradır.

Etirazlara səbəb “Jurnalistika İstintaq Mərkəzi”nin qubernator Rossello və bir neçə yüksək səviyyəli rəsminin online-da bir-birlərinə 2017-ci ildə 3 min nəfərin ölümünə səbəb olan və adanı aylarla elektriksiz qoyan Mariya qasırğasının qurbanlarına hörmətsizlik ifadə edən mesajlarını dərc etməsi və Rossellonun siyası rəqiblərinə qarşı çoxsaylı qadınlara nifrət xarakterli mesajlar göndərməsi olub.

“Mən anlayıram ki, bu vəzifədə qalmağım ölkənin uğuru üçün çətinlik yaradır. Tələbləri dinlədikdən, ailəmlə danışdıqdan, uşaqlarım haqda düşündükdən sora bu qərara gəldim. Dərin kədər hissi ilə 2019-cu il avqust ayının 2-də 17:00-da qubernator vəzifəsindən istefa verəcəyimi açıqlayıram,” Rossello bildirib.

Rossello çərşənbə axşamı gecə televiziya vasitəsilə etdiyi çıxışında ədliyyə katibi Vanda Vazkezin onun vəzifəsini davam edəcəyini bildirib.

Rossellonun istefa xəbəri San Xuan küçələrində qeyd edilib.

Rikardo Rossello ümid edir ki, onun qərarı Puerto Rikonun rifahı üçün əsas olan insanların bir-biriləri ilə barışması üçün çağırışdır.

Bu həftənin əvvəlində Rossello növbəti il yenidən seçkilərə qatılmayacağını söyləyərək, Yeni Mütərəqqi partiyasının lideri vəzifəsindən çıxıb.

Prezident Donald Tramp Rossellonu "tamamilə səriştəsiz" rəhbərliyinə görə tənqid edib.

Tramp Rossello və digər Puerto Riko səlahiyyətliləri ilə 3000 adamın ölümünə səbəb olan və adanı aylardır elektriksiz qoyan Maria qasırğasına reaksiya ilə əlaqədar qarşıdurmaya girib.

XS
SM
MD
LG