Accessibility links

Pulitzer mükafatı Mariupolun blokadasını işıqlandıran AP jurnalistlərinə verilib


Associated Press agentliyinin icraçı redaktoru Culi Pis və baş fotoqrafı David Eyk
Associated Press agentliyinin icraçı redaktoru Culi Pis və baş fotoqrafı David Eyk

Rusiyanın Ukraynada müharibəsinin işıqlandırılması və ABŞ-da aborta məhdudiyyətlər haqqında məlumatlar 2023-cü il Pulitzer Mükafatında yer alıb.

Bazar ertəsi elan edilən illik mükafatlar ən yaxşı jurnalistlərə təqdim edilir.

Associated Press agentliyinin (AP) keçən ilin yazında Rusiyanın Ukraynanın liman şəhəri Mariupolu bir neçə həftəlik mühasirəyə alması ilə bağlı reportaj ictimai jurnalistikanın yüksək mükafatına layiq görülüb.

Mükafatların administratoru Marjori Miller deyib ki, AP jurnalistləri Mstislav Çernov, Evgeniy Maloletka, Vasilisa Stepanenko və Lori Hinnant bu mükafata "mühasirədə olan Mariupol şəhərindən Rusiyanın Ukraynada dinc əhalisinin qətliamına şahidlik edən cəsarətli reportajlarına görə" layıq görülüb.

Miller eləcə də AP-nin "Rusiyanın Ukraynaya təcavüzünün ilk həftələrində Mariupoldan çəkilmiş təcili xəbərlərə görüntülər çəkdiyinə görə" Pulitzer mükafatı aldığını deyib.

Ukrayna rəsmilərinin hesablamalarına görə, mühasirə zamanı 20 mindən çox dinc sakin həlak olub. Şəhərdə qalan son beynəlxalq jurnalistlər olan Çernov və Maloletka daha sonra AP üçün yazdıqları məqalədə Rusiya qüvvələrinin yaxınlşaraq jurnalistləri axtararkən necə qaçdıqlarından bəhs ediblər.

Bir sıra digər finalçılar və qaliblər mükafatlara Ukraynada müharibəni işıqlandırdıqları üçün layiq görülüb. Buça şəhərində mülki əhalinin öldürülməsi ilə bağlı apardığı araşdırmalar da daxil olmaqla, beynəlxalq reportaj kateqoriyasında mükafatı The New York Times qəzeti alıb.

Nyu Yorkdakı Kolumbiya Universiteti tərəfindən təsis edilən Pulitzer mükafatları Amerika jurnalistikasının ən nüfuzlu mükafatları hesab olunur. Mükafatlar 15 jurnalistika kateqoriyası və 7 sənət kateqoriyası üzrə müəyyən edilir.

İctimai xidmət mükafatının qalibi qızıl medalla təltif olunur. Digər kateqoriyalar üzrə mükafatların hər biri 15 min dollar məbləğindədir.

XS
SM
MD
LG