Accessibility links

İctimai teleradioda prezidentliyə namizədlərin çıxışı başlayıb (Dəyirmi masa-audio)


旺角占领区周五白天发生零星冲突外晚间平静 (美国之音图片/海彦拍摄 )
旺角占领区周五白天发生零星冲突外晚间平静 (美国之音图片/海彦拍摄 )

Hər bir namizədə (həftənin 6 günü) gündə 6 dəqiqə televiziyada, 6 dəqiqə isə radioda pulsuz efir vaxtı verilir

Sentyabrın 16-da prezidentliyə namizədlərin İctimai Televiziya və Radioda ödənişsiz əsaslarla efir vaxtından istifadəsi başlayıb.


İlk dəyirmi masa ictimai radioda olub. Dəyirmi masada prezidentliyə namizədlər və onların səlahiyyətli nümayəndələri iştitrak edib. Efir vaxtı əsasən qarşılıqlı ittihamlara sərf edilib, daha doğrusu əksər namizədlər Milli Şuranın namizədi Cəmil Həsənliyə qarşı birləşib.

Milli Şuranın namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı sonda seçiciləri korrupsiyaya, rüşvətə qarşı olan, ədalətli dövlət aparatı quracaq, demokratiyanı, insan hüquqlarına hörməti bərpa edəcək Cəmil Həsənliyə səs verməyə çağırıb.

Mərkəzi Seçki Komissiyası qərara alıb ki, İctimai Teleradio pulsuz efir vaxtının bölgüsünü - həftəlik ümumi həcmi 6 saat olmaqla, həftənin 1, 3 və 5-ci günləri saat 21-də radioda, həftənin 2, 4 və 6-cı günləri isə saat 19-da televizyada hər dəfə 1 saat olmaqla təmin etsin. Efir vaxtı qeydiyyata alınan bütün namizədlər arasında bərabər bölünür (hər namizəd üçün 6 dəqiqə).

Mərkəzi Seçki Komissiyası 10 nəfərin namizədliyini qeydə alıb.

Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır (sentyabrın 16-da), 24 saat qalmış başa çatır.

Prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
XS
SM
MD
LG