Accessibility links

1620: Puritanlar kim idilər?


Edvard Uinslou
Edvard Uinslou

Onlar Yeni Dünyaya dəhşətli şəraitdə səyahət etdilər: yüz iki ingilis kişi, qadın və uşaq uzunluğu təxminən 30 metr, eni 7 metr olan karqo gəmisində sıxılmış bir vəziyyətdə.

"Mayflower" gəmisində heç bir kayuta və ya yataq yox idi; sərnişinlər göyərtənin altında tapdıqları hər yerdə yatırdılar.

Səyahətin riskləri də var idi: əgər fırtınalı hava şəraiti onları öldürməsə, piratlar öldürə bilərdi. Əgər bütün sərnişinlər sağ-salamat quruya çatsalar onlar “aclıq və çılpaqlıqla” və “vəhşi insanlar və vəhşi heyvanlardan gələn təhlükə ilə” üzləşəcəkdilər - Plimutun banisi və qubernator Vilyam Bradford Plantasiyasının Tarixi”ndə yazıb.

Mayflower II-nin replikası
Mayflower II-nin replikası

Pilqremlər Yeni İngilətərəyə gələn ilk qrup puritanlar idilər. 10 il sonra onlara daha böyük bir qrup qatılacaqdı.

Tarixçilər onları səyahət etməyə nəyin motivasiya etdiyini anlamaq üçün bir əsr öncə İngilətərənin Kral VIII Henrinin zamanına işarə edirlər. Roma Katolik Papası Henrinin Araqonlu Ketrinlə olan evliliyini ləğv ettməkdən imtina etdiyi zaman Henri Roma ilə əlaqələrinə son qoydu və İngiltərə Kilsəsini yaratdı və özünü də həmin kilsənin ali lideri elan etdi. Yeni kilsədə üzvlük məcburi idi.

Lakin ibadət edənlərin bir hissəsi, yəni Puritanlar Henrinin kilsəsində katolikliyin bir çox tələlərinin qaldığına və əvvəlki xristianların daha sadə ibadət şəklinə geri dönməli olduğuna inandırdılar.

Puritanlar and Pilqremlər

Puritanlar həmçinin dövlətin din məsələlərinə müdaxiləsinə və mərkəzləşdirilmiş dini nəzarətə qarşı çıxırdılar. Onlar öz rahiblərini seçmək və öz qaydalarına qərar vermək, eyni zamanda isə Anqlikan kilsəsinin tərkibində qalmaq istəyirdilər.

Lakin kiçik bir qrup radikal Puritanlar Anqlikan kilsəsindən tamamilə ayrıldılar. Bu isə İnglitlərə qanun pozuntusu olduğu üçün onlar təqib olundular. Onlara separatçı deyirdilər.

Puritan və Separatçı sözləri bəzən bir-birini əvəzinə istifadə olnur, amma Corc Vaşinqton Universitetinin professoru, Yerli Amerikalıar və koloniya tarixi üzrə ekspert, "Bu Torpaq Onların Torpağıdır" adlı kitabın müəllifi Deyvin C. Silvermanın Amerikanın Səsinə dediyinə görə, onlar fərqli qruplardırlar.

“Puritanların rəsmi məqsədi Anqlikan kilsəsini təmizləmək və ya islah etmək idi. Ancaq separatçılar bu məqsəddən vaz keçmişdilər. Ona görə də, texniki olaraq onlar Puritan deyillər. Amma separatçılar bütün digər baxımlardan Puritan hərəkatının bir hissəsidirlər. Onlar eyni dünyagörüşünə sahibdiirlər. Onlar eyni prinsiplərə əməl edirlər.”

Utopiya axtarışında

1608-ci ildə təxminən yüz separatçı Puritan Niderlanda qaçmışdı. Onlar orada azad şəkildə dinlərinə sitayiş edə biləcəklərinə ümid edirdilər. Onlar 10 il Leyden şəhərində yaşadılar, amma ağır iş və yoxsul yaşayış şəraiti onların sağlamlıqlarına ziyan vurmağa başladı. Onlar həmçinin holland gənclərin onların uşaqlarına pis nümunə olduqlarından narahat idilər.

1620-ci ildə konqreqasiyanın bir hissəsi, yəni təxminən 37 separatçı yeni dini koloniya yaratmaq üçün Amerikaya səyahət etməyə qərar verdilər. Onlara Pilqrem deyirdilər.

Onlar gəmiylə İngiltərənin Soutampton şəhərinə səyahət etdilər və sentyabrın 6-da London tacirinin dəstəyi və Virciniya koloniyasında yerləşmək patenti ilə "Mayflower" gəmisinə minib o zaman Virciniya Koloniyasının bir hissəsi olan Hadson Çayına doğru irəlilədilər.

Pilqremlərlə birgə 25-ə yaxın separatçı olmayan və pilqremlərin bəzən “yad” adlandırdığı Puritanlar, bir neçə nökər və 30 dənizçidən ibarət ekipaj səyahət edirdi, yəni ümumilikdə 102 sərnişin.

Planlarda dəyişiklik

Dənizdə fırtınalı səyahət nəticəsində "Mayflower" noybarın 10-da Keyp Koda çatdı. Təhlükəli barlar və dənizdə fırtınalı hava şəraiti onların Hadson çayına keçməsinin qarşısını aldı, ona görə də Pilqremlərin liderləri Keypdə qalmağa qərar verdi.

Həmin ərazi Virciniya Koloniyasının yurisdiksiyasında deyildi. Bu isə o deməkdir ki, onların orada məskunlaşmağa hüquqi icazələri yox idi.

Pilqrim Con Uintrop “Plimutun tarixi” adlı yazısında bildirib ki, Pilqremlər “aralarındakı bəzi yadların azadlıqlarından istifadə edə” biləcəklərindən, yəni üsyan edəcəklərindən və ya problem yaradacaqlarından narahat idi.

Pilqremlərin liderləri qanunauyğunluğu təmin etmək üçün müvəqqəti razılıq hazırladılar. Bu razılığın adı Mayflower Razılığı idi və Pilqremlərlə separatçı olmayan Puritanları İngilətərə Kralına sadiq amma öz “ədalətli və bərabər qanunlar” hazırlamalarına icazə verilən vahid “siyasi təşkilat” kimi bir araya gətirdi.

Pilqrem Edvard Uinslou bundan sonra baş verənləri 1622-ci ildə yazdığı “Murtun Münasibətləri”ndə təsvir edib. Onlar bir ay boyunca Keypin ətrafında dənizdə gəzdilər və torpaqları kəşf etməyə bir qrup insan göndərdi.

Dekabrın 16-da "Mayflower" hazırda Plimut Limanında lpvbər saldı. Üç gün ərazini kəşf edəndən sonra onlar Vampanoaq kəndi olan Patuksetdə məskunlaşmağa qərar verdilər. Onlar yeni evləeni Plimut adlandırdılar.

İkinci dalğa

1625-ci ildə də İngiltərənin yeni kralı I Çarlz Puritanları təqib etməyə başladı. Və onların yeni bir hissəsi Amerikaya emiqrasiya etmək və Massaşusets Körfəzi Koloniyasında məskunlaşmaq planları qurdu.

1630-cu ildə Puritan hüquqşünas və vaiz Con Uintropun başçılığı ilə 700 sərnişin 11 gəmidə Yeni İnglitərəyə yola düşdü. Onların bəziləri Plimutda məskunlaşdı, amma əksəriyyəti Uintropla birgə şimala, Massaçusets Körfəzinə doğru yola düşdü və orada Boston şəhərinin əsasını qoydu.

“Mədəni və vəhşi”

Plimut Pilqremləri və Bostonlu Puritanlar “olduqca sadə insanlar” idilər. “Onların liderləri yüksək təhsilli və savadlı idilər, amma çoxu ‘kəndli’ idi,” deyə Silverman Amerikanın Səsinə bildirib.

Buna baxmayaraq çoxu oxuya bilirdi.

“Puritanlar inanırdı ki, hər kəsin İncil vasitəsilə Allahın sözlərinə birbaşa çıxışı olmalıdır, ona görə də demək olar hər kəs, o cümlədən qadınlar, oxuya bilirdi,” o deyib.

Onlarr Yeni Dünyaya kor-koranə getmirdilər. Onlar 16-cı əsrdə ispan Friar Bartolome de Las Kasasın ingilis dilinə “Hinduların göz yaşları” kimi tərcümə olunan kitabı sayəsində ispanların Amerikadakı kəşflərindən xəbərdar idilər.

İspaniyalıların yerli insanlara qarşı nalayiq davranışları puritanları dəhşətə gətirirdi.

“Onlar düşünürdü ki, dünya mədəni və dəhşi insanlara ayrılmışdı”

Əgər xristinalar Allaha sitayiş edirdilərsə, bütpərəstlər şeytana sitayiş edirdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG