Accessibility links

Pussy Riot qrupunun üzvü Pyotr Verzilov Berlində müalicə edilir


Rusiyanın tanınmış etirazçı Pussy Riot qrupunun üzvü Pyotr Verzilov Berlində ciddi xəstəliklə əlaqədar olaraq müalicə olunur. Onun həmkar fəalları Verzilovun zəhərləndiyini ehtimal edir.

Pyotr Verzilov Berlinə şənbə günü gətirilib.

Pussy Riot qrupunun üzvlərinin bildirdiyinə görə, o, keçən həftə xəstəxanaya yerləşdirilib və orada reanimasiya şöbəsində saxlanıb.

Qupun üzvü Mariya Alyoxina Associated Press agenliyinə Verzilovun huşunün özünə cümə günü qayıtdığını deyib.

Pyotr Verzilov Moskvada dünya futbol çempionatında Lujniki stadionunda Fransa və Xorvatiya arasında final matçı zamanı qaçaraq meydançaya çıxır, 15 iyul 2018.
Pyotr Verzilov Moskvada dünya futbol çempionatında Lujniki stadionunda Fransa və Xorvatiya arasında final matçı zamanı qaçaraq meydançaya çıxır, 15 iyul 2018.

Pyotr Verzilov və onun qız dostu Veronika Nikulşina və eləcə də Pussy Riot qrupunun daha iki üzvü iyul ayında Moskvada dünya futbol çempionatının final oyunu zamanı qaçaraq meydançaya çıxdıqlarına görə 15 sutka həbs cəzası çəkib. Onlar bunu Rusiya polisinin ifrat səlahiyyətlərinə etiraz olaraq etdiklərini bildiriblər.

XS
SM
MD
LG