Accessibility links

Putin ümid edir ki, Avropa Amerikanın Nord Stream 2 qaz boru kəməri ilə bağlı təzyiqlərinə müqavimət göstərəcək


Putin ümid edir ki, Avropa Amerikanın Nord Stream 2 qaz boru kəməri ilə bağlı təzyiqlərinə müqavimət göstərəcək
please wait

No media source currently available

0:00 0:01:35 0:00

Ötən çərşənbə günü Rusiya prezidenti Vladimir Putin Rusiya-Almaniya arasında inşa ediləcək təbii qaz boru kəmərininin iqtisadi baxımdan mümkün olduğunu söyləyib və Avropa İttifaqı ölkələrənin ABŞ-ın bu layihənin qarşısının alınması üçün onlara göstərdiyi təzyiqə müqavimət göstərəcəklərinə ümid etdiyini deyib.

ABŞ rəsmiləri xəbərdarlıq edib ki, Vaşinqton sualtında inşa ediləcək Nord Stream 2 boru kəmərinə sanksiyalar tətbiq edə bilər. ABŞ və bəzi Aİ ölkələri boru kəmərinə qarşı çıxır. Onlar bununla Avropanın qaz baxımından Rusiyadan asılılığını artıracağından narahatdır. ABŞ həmçinin Avropaya daha çox mayeləşdirilmiş təbii qaz satmaq niyyətindədir.

Rusiya hər zaman etibarlı təchizatçı olub və olacaq
Vladimir Putin

Çərşənbə axşamı Sankt Peterburqda Avstriyanın kansleri Sebastian Kurzla danışıqlardan sonra Putin söyləyib ki, Bolqarıstan təzyiqlərə təslim olaraq, Rusiyanın South Stream boru kəmər layihəsini ləğv edib.

Putin əlavə edib ki, o, “ Bütün Avropanın Bolqarıstan kimi yanaşmayacağına və zəifliyini və maraqlarını qoruya bilmədiyini sərgiləməyəcəyinə” ümid edir.

"Rusiya hər zaman etibarlı təchizatçı olub və olacaq", Putin söyləyib və deyib ki, Rusiyanın boru kəmərləri vasitəsilə təchiz etdiyi qaz ABŞ-ın mayeləşdirillmiş qazından əhəmiyyəlti dərəcədə ucuzdur.

Onun sözlərinə görə, əgər Avropa daha bahalı qazı seçsə, öz istehlakçıları və qlobal rəqabət qabiliyyətinə ziyan vuracaq.

Nord Stream 2
Nord Stream 2

Rusiyanın Avropaya qaz təchizatının əsas tranziti olaraq xidmət göstərən Ukrayna boru kəmərininin qəti əleyhinədir, çünki beləcə öz boru kəmərinin boş qalacağından qorxur.

Kurz Nord Stream 2-nə dəstəyini ifadə etsə də, Ukraynada təchizatların davam etdirilməsinin vacibliyinə də qeyd edib.

"Əsas tranzit ölkəsi olaraq Ukraynanın maraqlarının qorunması çox vacibdir", o deyib.

XS
SM
MD
LG