Accessibility links

Putin əleyhdarı fəal "zorla hərbi xidmətə" çağırılıb


Aleksey Navalnı və Ruslan Şaveddinov
Aleksey Navalnı və Ruslan Şaveddinov

Rusiyanın müxalifət lideri Aleksey Navalnı çərşənbə günü bildirib ki, onun müttəfiqlərindən biri zorla hərbi xidmətə çağırılıb və hərbi xidmətini yerinə yetirmək üçün Arktikada ucqar bazaya göndərilib. Tərəfdarları bunun insan qaçırılmasına bərabər bir addım olduğunu söyləyir.

Navlanının korrupsiya ilə mübarizə fondunda layihə meneceri vəzifəsində çalışan Ruslan Şaveddinov bazar ertəsi hüquq-mühafizə orqanlarının onun Moskvadakı mənzilinə daxil olmasından sonra yoxa çıxıb, onun telefonunun SIM kartı isə sıradan çıxardılıb.

Navalnının sözlərinə görə, çərşənbə günü onun sorağı Şimal buzlu okeanda yerləşən ucqar Novaya Zemlya arxipelaqosundakı gizli hava müdafiəsi bazasından gəlib.

“O, qanunsuz şəkildə azadlıqdan məhrum edilib”, prezident Vladimir Putinin əsas əleyhdarı bloq yazısında qeyd edib. O, 23 yaşlı Şaveddinovu “siyasi məhbus” adlandırıb.

Rusiya ordusu isə Şaveddinovun uzun zamandır hərbi xidmətdən yayındığını təkid edir.

Rusiyada 18 ilə 27 yaş arasında kişilər hərbi xidmətə cəlb olunurlar. Lakin çoxları bu rüşvətxor və qüsurlü sistemdə hərbi qulluqdan yayınmağın yollarını tapırlar.

Navalnı deyib ki, Şaveddinovun tibbi vəziyyəti onu hərbi xidmətə yararsız edir və o, zorla xidmətə cəlb olunub və heç bir təlim olmadan Arktikada bazaya göndərilib.

Navalnının fondunun vəkili Vyaçeslav Gimadi deyib ki, Şaveddinovun “qaçırılmasına” görə birbaşa müdafiə naziri Sergey Şoyqu və ali baş komandan Putin məsuliyyət daşıyır.

Navalnının sözçüsü və Şaveddinovun partnyoru Kira Yarmış söyləyib ki, Şaveddinov bu yaxınlarda Moskva şəhərinin parlamentindəki müxalif qanunvericiləri ilə əlaqələndirici şəxs qismində fəaliyyət göstərib.

“Bəlkə də səbəb budur”, o deyib.

Yarmış bildirib ki, Şaveddinov Novaya Zemlyada başqa insanların telefonlarından ona zəng vurub.

Navalnı Şaveddinovun digər hərbi qulluqçulardan fərqli olaraq telefondan istifadə etməsinə və bazadan kənardakı insanlarla ünsiyyət qurmasına icazə verilmədiyini bildirib.

Bundan əlavə onun sözlərinə görə, bir nəfərə də Şaveddinovu təqib etmək tapşırılıb.

“Silahlı qüvvələr heç özləri də onunla nə etməli olduqlarını bilmirlər”, Navalnı deyib.

Putinin sözçüsü Dmitri Peskov müxbirlərə deyib ki, o, Şaveddinovun hərbi xidmətdən yayınıb-yayınmadığını bilmir, amma əlavə edib ki, “əgər o bu şəkildə hərbi qulluğa cəlb olunubsa, hər şey qanuna uyğun edilib”.

Rəsmilər son illərdə Navalnı və onun müttəfiqlərinə təzyiqləri artırıb.

43 yaşlı Navalnı bu ilin yayında hökümətə qarşı bpyük etiraz aksiyalarının təşkil olunmasına yardım edib. Həmin etirazlar zamanı on minlərlə insan Moskva küçələrinə axışaraq ədalətli seçkilərin keçirilməsini tələb etmişdi.

XS
SM
MD
LG