Accessibility links

Türkiyənin Suriyaya hücumu Rusiyanın regionda nüfuzunu artıra bilər


Rusiyada Kremlə yaxın mənbələrin bildirdiyinə görə, Vaşinqtonun geri çəkildməsi ilə Türkiyənin Suriyaya hücumunun Rusiyanın bölgədəki nüfuzunu artırmaqla yanaşı, Moskvanın diplomatiyasına riskli olacaq.

Rəsmi mənbələrin bildirdiyinə görə, Türkiyə ordusunun Suriyaya hücumundan əvvəl prezident Ərdoğanla telefonla danışan Suriya prezidenti Bəşər Əsədin müttəfiqi Vladimir Putin ABŞ-ın müttəfiqi kürd döyüşçülərinə qarşı əməliyyatların vaxtının və həcminin məhdud olmalı olduğuna işarə edib.

"Bu münaqişə nə qədər tez bitərsə, hamı üçün bir o qədər yaxşı olar"- deyə, Rusiyanın Putin tərəfdarı millət vəkili Andrey Klimov bildirib.

Rusiya üçün bu, incə bir tarazlıq aktıdır. O, prezident Bəşar Əl-Əsədə hərbi hava qüvvələrindən istifadə edərək səkkiz illik müharibədə itirdiyi əraziləri geri qaytaracağına söz verib.

O, eyni zamanda Türkiyə və İranla birlikdə Suriyanı dəyişəcək sülhün bərqərar edilməsinə və Rusiyanın müharibə bacarığı qədər barışıq bacarığının da olduğunu göstərməyə çalışır.

Tənqidçilərin dediyinə görə, Moskvanın səyləri Əsədin legitimliyinin yenidən bərpası, Avropa Birliyi və Körfəzdən Suriyaya vəsait cəlb edilməsi ilə nəticələnə bilər.

XS
SM
MD
LG