Accessibility links

Putin ABŞ-ın nüvə sazişindən çıxmasını kəskin tənqid edib


Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev Təhlükəsizlik Şurasının iclasında, 5 avqust, 2019.
Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev Təhlükəsizlik Şurasının iclasında, 5 avqust, 2019.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsinin qısa və orta mənzilli nüvə silahları yerləşdirməyəcəni bildirib. O deyib ki, Rusiya bunu ABŞ tərəfindən raket yerləşdirilməsinə cavab olaraq edə bilər.

Rusiya prezidenti bu açıqlamaları Vaşinqtonun orta mənzilli raketlərə dair 1987-ci ildə imzalamış müqavilədən çıxması ilə əlaqədar narahatlıqlarla bağlı Təhlükəsizlik Şurasının iclasında verib.

Birləşmiş Ştatlar Moskvanın müqavilənin şərtlərini pozaraq, qadağan edilmiş raketləri artıq yerləşdirdiyini müəyyən etdikdən sonra müqaviləni rəsmən keçən həftənin cümə günü tərk edib. Kreml Vaşinqtonun ittihamlarını rədd edir.

Müqavilənin şərtlərinə əsasən, ABŞ və Rusiyaya 500 kilometrdən 5000 kilometrə qədər məsafəni qət edə biləcək nüvə başlıqlı raketlərin yerləşdirilməsi, sınaqdan keçirilməsi və toplanması qadağan edilir. Bununla hər iki ölkənin qısa müddətdə nüvə silahı ilə zərbə endirmək qabiliyyəti azaldılırdı.

Arxiv fotosu- ABŞ prezidenti Ronald Reyqan və Sovet İttifaqının lideri Mixail Qorbaçov Ağ Evdə nüvə raketlərinin ixtisarına dair müqaviləni imzalayır, 8 dekabr, 1987, Vaşinqton. ​
Arxiv fotosu- ABŞ prezidenti Ronald Reyqan və Sovet İttifaqının lideri Mixail Qorbaçov Ağ Evdə nüvə raketlərinin ixtisarına dair müqaviləni imzalayır, 8 dekabr, 1987, Vaşinqton. ​

Nüvə silahlarının ixtisarına dair müqavilə 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və sovet lideri Mixail Qorbaçov tərəfindən imzalanmışdı. Tramp Rusiyanın 1987-ci ildə imzalanmış müqaviləni pozaraq, raket istehsal edib, sınaqdan keçirməkdə ittiham edib.

Putin bazar ertəsi Müdafiə və Xarici İşlər Nazirliklərinə, eləcə də xarici kəşfiyyat xidmətinə ABŞ-ın müqavilə ilə qadağan edilmiş raketlərin inkişaf etdirilməsi, istehsalı və yerləşdirilməsi ilə bağlı atdığı addımları yaxından monitorinq etmək əmri verib.

“Əgər Rusiya Birləşmiş Ştatların bu sistemlərin inkişaf etdirilməsini başa çatdırıb, onları istehsal etməyə başladığı haqda etibarlı məlumat əldə etsə, Rusiyanın eyni tipli raketlərin inkişaf etdirilməsi üçün tam miqyasda səy göstərməkdən başqa seçimi qalmayacaq” –deyə, Putin bəyanatında bildirib.

Putinin bildirdiyinə görə, Rusiyanın hava və dənizdən atılan raket arsenalı və hipersonik raketlərin istehsalı ilə əlaqədar apardığı fəaliyyətləri Moskvanın ABŞ-dan gələn hər hansı bir təhdidi qarşılamaq üçün yaxşı mövqedə olduğunu göstərir.

Lakin bununla belə, Putin bildirib ki, dünyanın iki ən böyük nüvə qüdrəti olan Rusiya və ABŞ nüvə yarışmasının qarşısını almaq üçün silahlara nəzarətə dair danışıqları bərpa etməsi olduqca vacibdir.

XS
SM
MD
LG