Accessibility links

Putin ABŞ qoşunlarının Suriyadan çıxarılmasını alqışlayır


Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyadakı 2,000 əsgəri geri çağırmaq qərarına dəstək verdiyini bildirib.

14-cü illik yekun mətbuat konfransında 1700 jurnalist qarşısında çıxış edən Putin ABŞ prezidenti Donald Trampın İŞİD-in Suriyada əsasən məğlub olması haqda bəyanatı ilə razılaşdığını söyləyib.

Düşünmürəm ki, orada ABŞ qüvvələrinə ehtiyac var.

“Donald haqlıdır, onunla razıyam,” o deyib və əlavə edib ki, Suriyanın şimalındakı 'radikal' qruplaşmalar hələ də bir sıra ərzilərə nəzarət edirlər və keçən il ərzində onlar "ağır zərbə" alıblar.

“Düşünmürəm ki, orada ABŞ qüvvələrinə ehtiyac var,” Putin deyib. “Unutmayaq ki, ABŞ qoşunlarının orada olmas; qanunsuzdur. ABŞ Birləşmiş Millətlər Təşkilatının dəstəyi olmadan və Suriya hökumətindən bir dəvət almadan ordadır. Rusiya Suriya hökumətinin dəvəti ilə ordadır. Lakin ABŞ-ın geri çəkilmək qərar verdi, bu çox yaxşıdır."

ABŞ Suriyadakı hərbi varlığını terrorizmlə bağlı qlobal müharibənin bir hissəsi kimi İslam Dövləti ilə mübarizə aparmaq məqsədilə əsaslandırıb.

Eyni zamanda Putin ABŞ hərbçilərinin Suriyadan tam çıxacağına skeptik yanaşdığını bildirib.

“Biz hələ ABŞ qoşunlarının oradan çıxarılmasının əlamətlərini görmürük,” o deyib. “ABŞ nə qədər müddətdir ki, Əfqanıstandadır? 17 il? Onlar bunu demək olar ki, hər il deyirlər.”

Çərşənbə günü Rusiya dövlət mediası Rusiyanın Xarici İşlər Nazirliyi, 7 illik böhranın siyasi həllinə nail olmaq üçün ABŞ-ın ərazidən çıxmasının xeyirli olduğunu bildirib.

ABŞ nə qədər müddətdir ki, Əfqanıstandadır? 17 il? Onlar bunu demək olar ki, hər il deyirlər.

Nazirlik həmçinin, Suriya Konstitusiya Komitəsi yaradlması təşəbbüsünün, ABŞ-ın bölgədəki varlığı olmadan müvəffəqiyyətin daha yaxşı olacağını söyləyib.

Kremlin çərşənbə axşamı Ağ Evin qəbul etdiyi Trampın qərarını tənqid edən Amerikalılara ritorik müharibəyə səbəb oldu, Trampın konqresdəki müttəfiqlərindən bir neçəsi bu addımı xaotik və səhv adlandırıb.

Cənubi Karolina ştatından senator və Silahlı Xidmətlər Komitəsinin üzvü Lindsey Qraham Twitter-də bəyanat yazıb.

“Suriyadan geri çəkilmək qərarını dəstəkləyən birini tapdım,” Floridadan Respublikaçı senator Marko Rubio Rusiya səfirliyinin Trampın qərarını dəstəkləyən bəyanatdan sonra Twitter-də yazıb.

Moskvada bəzi hərbi ekspertlər ABŞ hərbi birləşməsinin Rusiyaya dərhal fayda verəcəyinə əmin deyillər.

“Məncə Putin qane olmalıdır və bəlkə, bəlkə gəlcəkdə o bu hadisəni Rusiya üçün qələbə adlandıracaq”, Moskavada gərargahlanan Sivilizasiyalararası Dialoq Araşdırmalar İnstitutundan Aleksey Malaşenko bildirib.

Lakin o əlavə edib ki, “Amerika qüvvələri Suriyanı tərk etsələr, Rusiyanın orada qalması üçün daha çox dəlil gətirməsi lazım olacaq.”

XS
SM
MD
LG