Accessibility links

Putin ABŞ seçkisinə müdaxiləni inkar edir, Tramp isə tərrəddüd edir [Video]


Putin ABŞ seçkisinə müdaxiləni inkar edir, Tramp isə tərrəddüd edir
please wait

No media source currently available

0:00 0:01:50 0:00

ABŞ prezidenti Donald Tramp və onun rusiyalı həmkarı Vladimir Putin bazar ertəsi Finlandiyada çaxmaşmaya səbəb olan bir sıra açıqlamalar edib. Lakin bunlardan ən mübahisəlisini onların Rusiyanın ABŞ siyasətinə müdaxilə ittihamları ilə bağlı etdiyi açıqlamalar olub.

Mənim kəşfiyyat rəsmilərimə tam etimadım var, amma prezident Putin bu gün müdaxilə etdiklərini qəti şəkildə inkar etdi.
Donald Tramp

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin ilə görüş zamanı Moskvanın 2016-ci il prezident seçkilərinə müdaxiləsi məsələsini müzakirə etdiyini deyib.

“Mən düşündüm ki, bu mesajı şəxsən çatdırmaq daha doğru olar. Mən bu məsələyə çox vaxt ayırdım”, Tramp deyib.

Putin isə daha öncə olduğu kimi bu dəfə də müdaxiləni inkar edib. Tramp isə buna belə cavab verib:

“Mənim kəşfiyyat rəsmilərimə tam etimadım var, amma prezident Putin bu gün müdaxilə etdiklərini qəti şəkildə inkar etdi”.

Bu bəyanat ABŞ-ın baş kəşfiyyat agentliklərinin bəyanatlarına ziddir, çünki onlar Rusiyanın seçkiyə müdaxilə etdiyinə dair nəticə çıxarıb.

Donald Tramp daha öncə də kəşfiyyat agentliklərinin tapıntılarını sual edib, xüsusən də Rusiyanın 2016-cı il prezident seçksinə müdaxiləsi məsələsində. Lakin burada mühüm məsələ odur ki, Donald Trampın seçkiyə müdaxiləni Putinin önündə qınamaq imkanı var idi. Amma o, bunu rədd edib və əvəzinə FBI-a hücum edib.

Trampın şərhləri xüsusi diqqət çəkib, çünki ötən həftə xüsusi prokuror Robert Müller rəsmi olaraq Rusiyanın 12 kəşfiyyat rəsmisini Demokartların email və kompyuter şəbəklərinə xaker hücumu etməkdə təqsirləndirib.

Tramp bazar ertəsi Müllerin istintaqını “ifritələrin ovu”adlandırıb.

Donald Tramp və Vladimir Putin
Donald Tramp və Vladimir Putin

Uilson Mərkəzindən Vilyam Pomeranzın sözlərinə görə, Trampın bu sözləri yeni olmasa da, onun bazar ertəsi Putinlə görüşünü nəzərə aldıqda, misli görünməmişdir.

“Mən daha öncə Birləşmiş Ştatlar prezidentinin öz təhlükəsizlik xidməti və Ədliyyə Nazirliyi yerinə başqa bir xarici liderin, ələlxüsus da Rusiya Federasiyasının prezidentinin bəyanatına etibar etməsinə şahid olmamışam. Bu səbəbdən fikrimcə biz daha öncə görülməmiş bir vəziyyətdəyik”, o söyləyib.

Vaşinqtonda yüksək səviyyəli respublikaçılar və demokratlar Trampın bazar ertəsi etdiyi şərhləri qınayıb.

Helsinkini tərk edərəkən tvit atan ABŞ prezidenti kəşfiyyat rəsmilərin etimad etdiyini deyin, lakin bildirib ki, daha aydın gələcək qurmaq üçün “keçmişdə ilişib qalmamalıyıq”.

XS
SM
MD
LG